Bakı 2015
Məşəl Xırdalanda
Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli iyunun 5-də axşam saatlarında Xırdalan şəhərinə gətirilib.
Məşəl Xırdalan şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.
Kunq-fu idman növü üzrə dördqat dünya, ikiqat Avropa çempionu, əməkdar idman ustası Ramiz Yaqnəliyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçməklə 2,5 kilometr məsafə qət ediblər. Sonuncu məşəlçi, kunq-fu idman növü üzrə Avropa və dördqat dünya çempionu Rövşən Həşimov Heydər Əliyev parkında quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb.
Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx təqdim olunub.
Bununla da birinci Avropa Oyunlarının məşəli bölgələrimizə səfərini uğurla başa çatdırdı. Məşəl estafeti Bakıda davam etdiriləcək.
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!















.jpg)





















.jpg)
.jpg)
