Bakı 2015
Bakı 2015-dən Rio 2016-ya kimlər gedəcək?
On iki idman növü üzrə keçirilən yarışların qalibləri
növbəti Olimpiya Oyunlarında iştirak fürsəti əldə
edəcəklər.
Publika.az Bakı 2015 Avropa Oyunlarının saytına
istinadən xəbər verir ki, Bakı 2015 Avropa Oyunlarında 20 idman
növü üzrə yarışlar keçiriləcək. Bu idman növlərindən 16-sı Olimpiya
idman növüdür. Bunlardan 12-də idmançılar 2016-cı ildə Braziliyanın
Rio şəhərində baş tutacaq Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün
imkan əldə edəcəklər.
Belə ki, idmançılar mübarizə apardıqları idman növündən asılı olaraq ya birbaşa vəsiqə qazanacaqlar, ya Rio 2016-nın kvota yerlərindən birinə sahib olmaq üçün ölkələr adına reytinq xalı əldə edəcəklər, ya da Rio 2016-nın təsnifat yarışlarında iştirak hüququna yiyələnəcəklər.
Birbaşa vəsiqə verən idman növləri
Atıcılıq, stolüstü tennis və triatlon yarışlarının qalibləri Rioda keçiriləcək Olimpiya Oyunlarına birbaşa vəsiqəni təmin edəcək. Stolüstü tennis və triatlon üzrə Bakı 2015-də keçiriləcək yarışlarda kişi və qadın idmançıların qalibləri bu vəsiqələri özləri üçün təmin edəcəyi halda, atıcılıq yarışlarında qızıl medal qazanmış idmançıların Olimpiya Oyunlarında iştirakına isə yekun qərarı bu ölkələrin Milli Olimpiya Komitələri (MOK) verəcəklər. Qeyd edək ki, Bakı 2015-də atıcılıq üzrə keçiriləcək 15 fərdi yarışın qalibi öz ölkəsinə kvota yeri qazandıracaq.
Kvota yeri üçün reytinq xalı verən idman
növləri
Rio 2016-nın kvota yerlərindən birinə sahib olmaq istəyən
idmançılar Bakı 2015-də həmin kvota yeri üçün ölkələri adına
reytinq xalı əldə edə biləcəklər. Bu kateqoriyaya aid idman
növlərinə kamandan oxatma, velosiped idmanı, cüdo, taekvondo,
voleybol və güləş daxildir.
Belə ki, kamandan oxatma yarışlarının qalibi Rio 2016-da mümkün 128 kvota yerindən birini ölkəsinə qazandırmaq üçün reytinq xalı qazanacaq. Lakin hansı idmançının Olimpiya Oyunlarında iştirak edəcəyinə bu ölkələrin MOK-ları qərar verəcəklər. Eyni qayda velosiped idmanının bütün növlərində və həmçinin cüdo, taekvondo, voleybol və güləşdə də tətbiq olunacaq.
Təsnifat yarışlarına iştirak hüququ verən idman
növləri
Atletika, boks və üzgüçülük yarışlarının qalibləri Rio 2016-nın təsnifat mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Atletika və üzgüçülük yarışlarından fərqli olaraq, boks idmanında qızıl medal sahibi ilə yanaşı Bakı 2015-in gümüş medalçısı və qalibə yarımfinalda məğlub olan idmançı da təsnifat yarışlarında iştirak hüququ əldə edəcək. Belə ki, boks yarışlarında fəxri kürsünün ilk 3 pilləsinə çıxan idmançılar Dohada keçiriləcək Dünya Çempionatında iştirak edə biləcəklər və bu yarışda ən çox reytinq xalı əldə edən idmançı da ölkəsinə bir kvota yeri qazandıracaq.
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!












.jpg)

























.jpg)
.jpg)
