Bakı 2015
Rumıniyanın dövlət katibi: “I Avropa Oyunları Azərbaycanın nüfuzunu daha da artıracaq”
“Birinci Avropa Oyunları Azərbaycan tarixində böyük bir hadisə olacaq”. Bunu Trend-ə Rumıniyanın Baş Katibliyinin Etniklərarası Əlaqələr Departamentinin Dövlət Katibi Eniko Laziko deyib.
E.Laziko bildirib ki, bu Oyunlar Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə imkan yaradacaq:
“Azərbaycanın artıq dünyada çox yaxşı nüfuzu var. Lakin hesab edirəm ki, Avropa Oyunları ölkənin nüfuzunun daha da artması üçün bir təkan olacaq”.
E.Laziko Azərbaycanın yaxşı təşkilatçılıq təcrübəsinin olduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir:
“Bütün bunlar, təbii ki, ölkənin inkişafına müsbət təsir göstərir. Mən özüm də Azərbaycanın inkişafına heyran qalıram. Hesab edirəm ki, Azərbaycanın dünyaya göstərə biləcəyi çox uğurları var. Bu baxımdan bu Oyunların ölkə üçün çox böyük əhəmiyyəti var”.
E.Laziko əlavə edib ki, idman daim millətlər arasında dialoqun inkişafına da şərait yaradır:
“Bu baxımdan Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə dünyada dialoqun inkişafına da öz töhfəsini vermiş olur”.
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
















.jpg)





















.jpg)
.jpg)
