Bakı 2015
“Azerbaijan breakfast” – dünya bunu yeyəcək
Bu gün İçərişəhərdə yerləşən milli restoranların birində Azərbaycanda fəaliyyət göstərən 4 və 5 ulduzlu mehmanxanaların baş menecerləri üçün “Azerbaijan breakfast” (AB) milli səhər yeməyi kompleksi və onun mehmanxana və mehmanxana tipli obyektlər və turistlərə xidmət göstərən iaşə obyektlərində tətbiqinə dair layihənin təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, “Azerbaijan breakfast” səhər yeməyi kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olunub, xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilib, layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Layihə Azərbaycanın milli mətbəxinin, xüsusilə səhər yeməyi ənənələrinin beynəlxalq və milli səviyyədə kulinariya, iaşə və turizm xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi irs nümunəsi kimi təqdim və təbliğ edilməsi, gələcəkdə onun tətbiqi prosesinə nəzarətin təmin edilməsi və təhriflərə və mənimsəmələrə yol verilməməsi məqsədilə hazırlanmış, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qaydada qeydiyyatdan keçirilmiş və layihə üzərində Mədəniyyət və Turizm Nazirliyinin müstəsna hüquqları tanınmışdır. Bununla yanaşı layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Nazirlik tərəfindən Layihənin tətbiqinə dair müvafiq qaydalar tərtib edilib.
Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi “Azerbaijan breakfast” adı altında təbliği və təqdimatı son nəticədə milli mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizin nəinki ölkə daxilində, o cümlədən xarici ölkələrdə də tanıdılmasına əlverişli şərait yaradacaq.
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı












.jpg)
























.jpg)
.jpg)
