Bakı 2015
Əlibaba Məmmədov: “Çiçəklənən ölkəmizin uğuru hər birimizin uğurudur”
Xalq artisti Əlibaba Məmmədov Azərbaycanda keçirilən Avropa Oyunlarını qürurverici hadisə kimi qiymətləndirib.
Publika.az-a açıqlama verən sənətkar sevincini belə ifadə edib: “Ölkəmizin adının güclü dövlətlərlə bir arada çəkilməsi, bütün dünyanın gözünün Azərbaycana dikilməsi bir ağsaqqal kimi məni qürurlandırır. Çox sevinirəm, sevincimin həddi-hüdudu yoxdur. Qürurlanıram ona görə ki, Azərbaycana 50-dən artıq ölkənin tanınmış idmançıları, jurnalistlər və əcnəbi qonaqlar gələcək. Bu gözəlliyi, bu inkişafı öz gözləri ilə görəcəklər. İyun ayında bütün dünya ölkəmizdən danışacaq. Demək ki, ölkəmiz artıq inkişaf etmiş dövlətlərlə eyni sırada dayanır. İndi bizim də borcumuzdur ki, qonaqlarımızı layiqli şəkildə qarşılayıb yola salaq. Bu təkcə idman yarışması deyil, eyni zamanda, muğamımızın, musiqimizin, mətbəximizin təbliği deməkdir. Onsuz da milli sərvətlərimizin çoxu YUNESKO səviyyəsində tanınır. Bütün bu uğurlara görə biz ölkə prezidenti və birinci xanım Mehriban Əliyevaya minnətdarıq”.
Ustad sənətkar hər bir azərbaycanlını bu möhtəşəm tədbirə qatılmağa səsləyib: “Mən bütün həmvətənlərimə səslənib deyirəm ki, bu bayramda iştirak etsinlər, fəxarət hissi keçirsinlər. Çiçəklənən ölkəmizin uğuru hər birimizin uğurudur. Xüsusən, gənclik bu bayrama çoşqu ilə hazırlaşır. Onların bir vətənpərvər kimi tərbiyələnməsində bu möhtəşəm tədbirin böyük əhəmiyyəti olacaq”.
Cəvahir Səlimqızı
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO






































.png)