Bakı 2015
İtaliya saytı: Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə hazırdır
Diaspor Jurnalistləri Birliyinin İlk Avropa Oyunları ilə
bağlı növbəti yazısı İtaliya mediasında dərc
olunub.
DJB-dən Publika.az-a verilən məlumata görə,
“Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə hazırdır” başlıqlı
yazı ingilisdilli “italianinsider.it” saytında yayımlanıb.
Yazıda ilk Avropa Oyunlarının hər dörd ildən bir keçiriləcəyi
qeyd olunur və bu Oyunları birinci dəfə Azərbaycanın qəbul etmək
şərəfinə nail olduğu vurğulanır.
Məqalədə Azərbaycanda ilk Avropa Oyunları ilə bağlı aparılan
hazırlıq işlərindən danışılır. Bildirilir ki, Azərbaycan
“Bakı-2015” yarışlarında 6 min idmançını salamlamağa hazırdır.
Yazıda İlk Avropa Oyunlarında iştirak edəcək atletlərin 2016-cı il
Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansının olduğu
bildirilir.
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin İdman
şöbəsinin müdiri Pierce O'Callaghanın fikirlərinə də yer verilib:
“Təşkilati nöqteyi-nəzərdən biz hər şeyə hazırıq. Biz bütün görüş
yerlərini, idman zallarını yoxlamışıq. Bizim əhvali-ruhiyyəmiz çox
yüksəkdir. Həyəcanla ilk Avropa Oyunlarının açılış mərasimini
gözləyirik”.
Asif Nərimanlı
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil





































.jpg)
.jpg)
