Bakı 2015
Avropa çempionu: “Avropa Oyunları uzun müddət yaddaşlardan silinməyəcək”
Artıq Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılarımızın adı məlumdur. Azərbaycan adına bu mötəbər turnirdə mübarizə aparacaq idmançılardan biri də yunan-Roma güləşi üzrə Avropa çempionu, dünya kubokunun sahibi Rafiq Hüseynovdur.
Onun da Avropa Oyunlarında medal şansı heç də zəif qarşılanmır. Avropa çempionumuz İlk Avropa Oyunlarında 80 kq çəki dərəcəsində mübarizə aparacaq. O, Publika.az-a açıqlamasında bildirib ki, Avropa Oyunları yaddaşlara həkk olunacaq:
“Bir azərbaycanlı kimi çox sevincliyəm ki, I Avropa Oyunları Azərbaycanda təşkil olunur. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha sübut edir ki, ölkəmiz hər bir tədbiri keçirməyə həmişə hazırdır. Cənab prezident İlham Əliyevin idmana olan diqqət və qayğısı böyükdür. Təbii ki, biz idmançılar da çalışırıq bizə göstərilən etimadı doğruldaq. Bir idmançı kimi əminəm ki, “Bakı 2015” möhtəşəm bir idman bayramına çevriləcək. Bu turnir uzun müddət bütün dünya tamaşaçılarının və azarkeşlərinin yaddaşlarından silinməyəcək. Biz də çalışacağıq ki, üçrəngli bayrağımızı yüksəklərə qaldıraq, himnimizi səsləndirək”.
Qeyd edək ki, iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq güləş yarışlarında ölkəmiz tam heyətlə çıxış edəcək.
Yunan-Roma güləşində ölkəmizi Rafiq Hüseynov (80 kq), Həsən Əliyev (66 kq), Elman Muxtarov (59 kq), Elvin Mürsəliyev (75 kq), Təhmasebi Saman (85 kq), Orxan Nuriyev (98 kq), Şəriəti Sabah (130 kq), Rəsul Çunayev (71 kq), sərbəst güləşdə Cəbrayıl Həsənov (74 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (70 kq), Yaşar Əliyev (57 kq), Ruslan Dibirhacıyev (70 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq), Nurməhəmməd Hacıyev (86 kq), qadın güləşində Mariya Stadnik (48 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (55 kq), Natalya Sinişin (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova (75 kq) təmsil edəcəklər.
Aygün İlqarqızı
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil





































.jpg)
.jpg)
