Bakı 2015
“Bakı-2015” ərəfəsində Azərbaycan milli geyimlərinin sərgisi açılıb - FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının təbliği məqsədilə “Azərbaycan milli geyimləri sərgisi” adlı layihənin icrasına başlanılıb. Layihə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Bakı 2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC), “Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə həyata keçirilir.
Layihə çərçivəsində iyunun 9-da “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində sərgi açılıb.
Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, İB-nin sədri Cavid Quliyev, Azərbaycan Prezidenti yanında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər çıxış edənlər Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği məqsədilə təşkil olunan sərginin mədəniyyətimizin təbliğinə xidmət etdiyini deyiblər. Oyunlarla bağlı ölkəmizə çoxsaylı idmançıların, nümayəndə heyətlərinin, azarkeşlərin gələcəyi vurğulanaraq qeyd olunub ki, bu mötəbər tədbir ölkəmizin tanıdılması, təbliği üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, milli adət-ənənələrimizin nümayişi üçün də gözəl fürsətdir.
Bildirilib ki, iki həftə davam edəcək layihənin məqsədi milli geyimlərimizin nümayişi, adət-ənənələrimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, yeni formatda sərginin təşkili, gənclər arasında milli geyimlərimizin təbliğindən ibarətdir.
Diqqətə çatdırılıb ki, sərginin ictimai yerlərdə təşkil edilməsi daha çox ziyarətçi cəlb etmək baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, sərgi bir həftə davam edəcək və növbəti həftədə isə ekspozisiya otellərdə nümayiş olunacaq. Vurğulanıb ki, sərginin təşkil olunduğu məkanlarda geyimlər barədə ziyarətçilərə məlumat vermək, milli geyimlərdə ödənişsiz şəkil çəkdirmək imkanları yaradılacaq.
Tədbirdə milli rəqs nümunələri təqdim edilib.
Sərgidə qadın, kişi və uşaq geyimləri, baş örtükləri, müxtəlif təbəqələri əhatə edən geyimlər və milli geyimlər təsvir edilmiş tablolar nümayiş olunur.
-
MDB16:14Keçmiş hakimdən 1000-dən çox qızıl külçə müsadirə edildi - Şok təfərrüat(FOTO)
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı



































.jpg)
.jpg)
