Bakı 2015
Bakı 2015: Açılış mərasimi üçün bütün biletlər satılıb
Bakı 2015 I Avropa Oyunlarına 2 gün qalıb. “Bakı 2015”-in Əməliyyatlar (BEGOC) üzrə baş direktoru Saymon Kleq Oyunların rəsmi Açılış mərasiminin Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacağını bildirib.
Publika.az xəbər verir ki, baş direktor yeni bir uğura imza atıldığını deyib:
"30 ay ərzində xəyalı reallığa çevirdik. Son 50 ildə Avropa idman təqviminə daxil edilən çox əhəmiyyətli əlavəni tamaşaçılarla tam dolu stadionla qarşılayacağıq. Mən, 78 faizi yerli işçilərdən təşkil olunmuş bütün BEGOC heyətinə, təkcə artıq biletləri satılmış Açılış mərasiminə görə deyil, həmçinin idman yarışlarının da biletlərinin satılmasına görə öz təşəkkürümü bildirirəm".
İdman yarışları üzrə biletlərin artıq satıldığını bildirən S.Kleq Oyunlar ərəfəsində Bakıda aşkar hiss edilən həyəcanın indi də bilet satışlarına sirayət etdiyini vurğulayıb.
BEGOC İlk Avropa Oyunlarına tamaşa etmək istəyən minlərlə insanın hüquqlarının qorunması üçün qanunvericiliyin biletlərin təkrar satışı və saxtakarlığı ilə bağlı tələblərinin pozulmaması üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir. "Bakı 2015"-in bilet satışı üzrə məsul şəxsi Miryam Boqataj Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Məclislə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirildiyini bildirib:
"Biz satılan biletlərin həqiqiliyini təmin etmək istəyirik və bunu etməyin ən yaxşı yolu biletləri yalnız Bakı və Mingəçevir şəhərlərində yerləşən bilet satış məntəqələrindən əldə etməkdir".
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.
-
MDB16:14Keçmiş hakimdən 1000-dən çox qızıl külçə müsadirə edildi - Şok təfərrüat(FOTO)
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı



































.jpg)
.jpg)
