Bakı 2015
Bakı 2015: 19-cu əsrin yadigarı və ölkəmizdə populyar olan cüdo – VİDEO
Bakıda keçiriləcək tarixi əhəmiyyətli İlk Avropa Oyunlarına sayılı günlər qalıb. Qədim zamanlardan üzügülər və hər zaman qonaqpərvər olan Abşeron yarımadası torpağı paytaxt və Mingəçevir şəhərindəki olduqca müasir idman arenalarında qitənin Balkan və Piriney, Apennin və Skandinaviya, həmçinin dünyanın digər yerlərindən olan nümayəndələrini qəbul edəcək.
20 idman növü arasında stolüstü tennis və cüdonun da öz yeri var.
19-cu əsrdə İngiltərədə yaranan stolüstü tennis əvvəllər “whiff-whaff” kimi tanınıb. Qalib hərəsində 11 xal qazanmaqla ilk dörd setin birincisi olur. Stolüstü tennis Bakıda 6 gün ərzində (13-19 iyun) keçiriləcək.
Cüdo ölkəmizdə daha populyardır. 1964-cü ildən bəri Olimpiya idmanı sayılan cüdo 1882-ci ildə yaponlar tərəfindən yaranıb. Xəbəriniz olsun ki, yaponiyada bu idman növünü mənimsəməyənlər polis işləyə bilməz. Bəlkə də bu üzdən cüdo yapon məktəblərində icbari fənndir.
İlk Avropa Oyunlarında cüdo yarışları 25-28 iyun tarixlərində keçiriləcək.
Publika.az hər iki idman növünü tərənnüm edən 60 saniyəlik videoçarxları təqdim edir.
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
MDB15:56Yüksək rütbəli hərbçilər həbs edildi - Baza komadiri küçədə rüşvət alıb
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil



































.jpg)
.jpg)
