Bakı 2015
Milli rəqslərimizi sındıra-sındıra oynayan afrikalı jurnalist: “Olimpiya stadionu və Atletlər kəndi çox gözəldir” - FOTOLAR/VİDEO
Fərqli ölkələrdən xeyli sayda jurnalist Bakı 2015 Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün paytaxtımıza gəlib.
Dünən Media Kəndində keçirilən Salamlama gecəsində afrikalı xanım xüsusilə diqqət çəkirdi. Publika.az-ın əməkdaşı Azərbaycan rəqslərini sındıra-sındıra oynayan, Cənubi Afrikadan gələn Etoise Kupida ilə həmsöhbət olub. O, ilk olaraq Bakı və azərbaycanlılar haqqında fikirlərini bölüşüb:
“Bu, mənim Azərbaycana ilk səfərimdir. Şəhərinizi çox bəyəndim. Qədim şəhərdir. Bakının tikililəri göz oxşayır. Mən bulvarda oldum. Bura çox gözəldir. Azərbaycanlılar da qonaqpərvər və sevimlidirlər. Burada hər kəs gülümsəyir. Mən sizləri çox sevdim. Burada özümü çox xoşbəxt hiss edirəm”.
Sandi Azərbaycanın Birinci Avropa Oyunlarına hazırlıqlarının çox yüksək səviyyədə aparıldığını deyib:
“Bakı 2015 Birinci Avropa Oyunlarının hazırlıqlarını gördüm və çox razı qaldım. Olimpiya stadionu və Atletlər kəndi çox gözəldir”.
Afrikalı jurnalist Azərbaycan milli rəqslərindən zövq aldığını deyib:
“Sizin milli rəqslərinizi izlədim. Musiqiləriniz valehedicidir. Cənubi Afrika və Azərbaycan fərqli ölkələrdir, adətlər, arxitektura, yaşayış tərzi çox fərqlidir. Ancaq onları bəzi cəhətlər də birləşdirir. Bunlardan biri insanların mehriban olmasıdır”.
Fotolar: Elçin Murad
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı
-
MDB14:45Məşhur çay bakteriyaya görə qadağan olundu - Azərbaycanda da satılır
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
İdman12:02Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim















.jpg)








.jpg)








.jpg)



