Bakı 2015
Baş məşqçi: “Avropa Oyunlarında səhvsiz, əzmkar bir komanda yaradacağıq”
“İlk Avropa Oyunları zamanı azarkeşlərimizin üzərinə çox böyük iş düşəcək. Çünki biz öz ölkəmizdə oynayırıq”. Bu fikrin müəllifi Azərbaycanın kişilərdən ibarət voleybol üzrə milli komandasının baş məşqçisi Bülent Karslıoğludur.
Baş məşqçi Publika.az-a açıqlamasında Oyunlar zamanı Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə yığmaları kimi güclü komandalarla üzləşəcəklərinə baxmayaraq, qələbə üçün çalışacaqlarını deyib. O bildirib ki, bu mötəbər turnirdə qarşılarına çıxacaq rəqibləri yaxşı təhlil ediblər:
“Düzdür, biz Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə yığmaları kimi güclü komandalarla qarşılaşacağıq. Onların Avropa çempionatlarındakı uğurları danılmazdır. Ancaq yaxşı, qorxmadan oynamasan, qalib gəlmək mümkün olmaz. Rəqiblərimizdən daha güclü olmaq üçün çalışmalıyıq, gücümüzü daha çox sərf etməliyik. Oyunlar zamanı səhvsiz, qələbə üçün aqressiv, əzmkar bir komanda yaratmalıyıq. Bizim ən başdan məqsədimiz sona qədər mübarizə apara biləcək bir komanda yaratmaq olub. Düşünürəm ki, bunu bacarmışıq. Amma etiraf edim ki, qrupumuzda serblər və polşalılar güclüdürlər. Son zamanlar Polşada voleybol çox inkişaf edib. Təbii ki, burada azarkeş dəstəyinin olması da önəmlidir. Polşalıların böyük azarkeş kütləsi var. Digər rəqibimiz Türkiyə millisi də güclü komandadır. Düzdür, hazırda Türkiyə çempionatı yüksək səviyyədədir və Avropanın ən güclü komandaları sırasındadır. İnanıram ki, Türkiyə millisinin Bakıya gəlişi çox iddialı olacaq. Amma bizim də güclü millimiz var. İnşallah, doğma azarkeşlərimiz önündə öz komandamızla yaxşı nəticə vermək istəyirik. Məşqçi kimi deyirəm ki, Avropa Oyunlarına tam hazırıq. Unutmamalıyıq ki, biz Azərbaycanı təmsil edirik və evdə ən yaxşı nəticəni qazanmalıyıq”.
Aygün İlqarqızı
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı






















.jpg)










.jpg)

.jpg)