Bakı 2015
Azərbaycan və Avropa Olimpiya Komitəsinin bayrağı qaldırıldı
İyunun 11-də “Bakı-2015” birinci Avropa Oyunlarının Atletlər Kəndində Azərbaycan və Avropa Olimpiya Komitəsinin bayraqları qaldırılıb. Bayraqlar müvafiq olaraq Azərbaycanın və Avropa Olimpiya Komitəsinin himnlərinin müşayiəti ilə dalğalandırılıb.
Atletlər Kəndində idmançıları salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov onları idman tarixinin bir parçasına çevrildikləri üçün təbrik edərək deyib: “Avropanın güclü idmançılarını salamlamaqdan çox məmnunam. Qitənin 6 mindən artıq idmançısı birinci Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda layiqli olan qalib gələcək”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O vurğulayıb ki, 17 gün ərzində 50 Milli Olimpiya Komitəsinin nümayəndələri fəxri kürsüdə yer alıb öz dövlətlərinin bayraqlarını dalğalandırmaq üçün yarışacaqlar. Bu, həqiqətən gözəl hissdir. Bütün iştirakçılara uğurlar arzulayıram və birinci Avropa Oyunlarının bir parçası olduğu üçün hər bir idmançını təbrik edirəm.
Sonra Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini Atletlər Kəndində daşıyaraq xüsusi quraşdırılmış səhnəyə qalxıb. Vitse-prezident deyib: “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlçisi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Güclü idmançıların mübarizə aparacağı birinci Avropa Oyunlarının ədalət prinsipi əsasında keçiriləcəyinə əminəm. İdman özündə dostluğu və humanizmi birləşdirir. Bütün iştirakçılara qarşıdakı yarışlarda müvəffəqiyyət arzulayır və birinci Avropa Oyunlarından zövq almağa çağırıram”.
Sonra Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Azərbaycan komandasının rəhbəri Könül Nurullayevaya və Yunanıstan kollektivinin şef-de-missionu Monalis Kolimpadisə xatirə hədiyyələri təqdim edib.
Tədbir konsert proqramı ilə başa çatıb.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş veri
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video




































.jpg)
.jpg)

