Bakı 2015
Bakı 2015: Avarçəkənlər Mingəçevirdə
Bakı 2015 I Avropa Oyunları çərçivəsində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarında iştirak edəcək idmançılar artıq Mingəçevirdədir.
Publika.az xəbər verir ki, 37 ölkədən 295 tanınmış idmançı bu mötəbər yarışlarda iştirak etmək üçün Mingəçevir şəhərinə gəliblər.
Komandaların üzvləri və onları müşayiət edən nümayəndə heyəti yüksək səviyyədə qarşılanıb və qonaqların Atletlər kəndində yerləşdirilməsi təmin olunub. Hazırda avropalı idmançılar Kür çayında yarışlara son hazırlıq məşqlərini keçirlər. Onlar təlim-məşq prosesini iyunun 12-13-də davam etdirəcəklər. İdmançıların Atletlər kəndindən “Kür” Olimpiya Tədris İdman Mərkəzinədək gediş-gəlişinin rahat şəkildə və fasiləsiz təmin olunması üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. İdmançılarla yanaşı, hakimlər və rəsmi qonaqlar da artıq Mingəçevirdədir. Onlar “Kür” Olimpiya Tədris İdman Mərkəzinin otelində və Mingəçevirdəki digər 2 oteldə yerləşiblər.
Azərbaycan yığmasının üzvləri də Mingəçevirdəki Atletlər kəndinə gələrək olimpiya ailəsinə qoşulublar. Azərbaycan idmançıları da bu mötəbər yarışlara yüksək səviyyədə hazırlaşıblar. Avarçəkənlərimiz yarışlara hazırlıq məqsədilə bir müddət Qəbələdə təlim-məşq toplanışında iştirak ediblər.
Qeyd edək ki, iyunun 14-16-da Mingəçevirdə keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək əcnəbi idmançılardan 40 nəfəri olimpiya oyunlarının mükafatçılarıdır ki, onlardan 20 nəfəri qızıl medal sahibidir.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş veri
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video



































.jpg)
.jpg)

