Bakı 2015
Bakı 2015: Daha 14 ölkənin idmançıları Bakıya gəldi
Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Almaniya, İsveçrə, İsveç, Ukrayna, Kipr, Polşa, Monteneqro, Estoniya, Hollandiya, Slovakiya, Macarıstan, İslandiya, Bolqarıstan və Serbiya idmançıları Azərbaycana gəliblər.
Publika.az xəbər verir ki, onları Heydər Əliyev adına Hava Limanında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.
İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistlər və nümayəndə heyətləri də olublar. 14 ölkədən olan media nümayəndələrini Heydər Əliyev adına Hava Limanında Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Onlar da xüsusi avtobuslarla “Media Kəndi”nə yola salınıblar.
Qeyd edək ki, yarışlara kimi Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev adına Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.
-
Ekologiya13:30Sabahın hava proqnozu açıqlandı
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
Maraq dünyası13:12Rusiya bu görüntülərdən danışır: Ayı qadını təqib etdi - Video
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
























.jpg)







.jpg)



