Bakı 2015
Baş məşqçi: "Təşkilatçılıqda hər şey fantastik dərəcədə gözəldir"
Su polosu idman növü üzrə İsrail yığma komandasının baş məşqçisi Benni Lenq və köməkçisi Şonet Ştuqart mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, baş məşqçi yaradılan şəraitdən və təşkilatçılıqdan razılığını bildirib.
"Mən onu qeyd etmək istərdim ki, bugünkü oyun kifayət qədər gərgin bir şəraitdə keçdi. Çünki rəqibimiz Hollandiyanın ən güclü komandası idi və bunu nəzərə alsaq, oyunun çətin keçəcəyini əvvəlcədən də gözləmək olardı. Lakin bütün bunlara baxmayaraq, təmsil etdiyim komandanı yarışların ən güclü komandalarından biri adlandırmaq olar. Bu gün bizim siz jurnalistlərin qarşısına çıxmağımız da komandamıza olan marağın göstəricisidir. Təşkilatçılıqla bağlı sualınıza belə cavab verim ki, hər şey fantastik dərəcədə gözəldir".
Köməkçi məşqçi Şonet Ştuqart oyunu və azarkeşlərin aktivliyini xüsusi qeyd edib:
"Tamaşaçıların aktivliyi yüksək səviyyədə idi və bunu görmək, onların dəstəyini hiss etmək bizim hər birimiz üçün çox xoş oldu. Amma bununla belə, vurğulamaq istərdim ki, oyunun nəticələri çox da ürəyimizcə olmadı. Komandama gəlincə, onların bu gün göstərdiyi oyun məni tam qane etdi".
Aygün
-
Ekologiya13:30Sabahın hava proqnozu açıqlandı
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
Maraq dünyası13:12Rusiya bu görüntülərdən danışır: Ayı qadını təqib etdi - Video
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
























.jpg)







.jpg)



