Bakı 2015
Səfir: Azərbaycan Avropa Oyunlarının təsirli və heyrətamiz açılışını təşkil etdi
Azərbaycan birinci Avropa Oyunlarının təsirli və heyrətamiz açılışını təşkil etdi. Bunu Trend-ə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka mərasimdən sonra deyib.
Səfir M.Tsalka bildirib: “Biz hamımız birinci Avropa Oyunlarının təsirli və heyrətamiz açılışını gördük. Nəhayət ki, Avropanın öz Oyunları var, Azərbaycan isə onları təşkil etdi”.
M.Tsalka qeyd edib ki, qədim yunanlar oyunlar zamanı qılıncları gizlədirdilər və diskləri çıxardırdılar: “1896-cı ildə Olimpiya Oyunlarını dirçəldən Pyer de Kuberten bu idealları əldə rəhbər tutdu. Avropa müasir təhlükələrə qarşı bu idealları əldə rəhbər tutmalıdır”.
Diplomat etiraf edib ki, idman haqqında çox şey bilmir: “Buna baxmayaraq, Polşanın Azərbaycandakı səfirliyində bir neçə əsl fanat var. Bu Oyunlar məmurlar və siyasətçilər üçün deyil, onlar idmançılar üçündür”.
Səfir əlavə edib ki, birinci Avropa Oyunlarında 220-dən çox idmançı iştirak edir: “Bu gün axşam saatlarında Bakı filarmoniyasında Polşa gecəsi təşkil edirik. Polşadan əla musiqiçilərimiz var, Varşava modasını Azərbaycandan olan cəlbedici modellər təmsil edəcəklər, polşalı arxitektorların Bakıda tikdikləri binaların və ölkəmizin müasir arxitekturasının fotolarından ibarət iki sərgi olacaq. Orada həmçinin bizim Polşa yeməyi və içkilərimiz olacaq. Azərbaycanın Varşavadakı səfirliyi ölkənizi 3 həftə əvvəl Varşavada olimpiya piknikində təmsil etdi. Bu gün Polşanı Bakıda ən yaxşı şəkildə təqdim etməyə çalışacağıq”.
-
MDB10:40Rusiya ordusu Kiyevin ən güclü İstilik Elektrik Stansiyasını vurdu
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
Maraq dünyası09:55Qatar bu dəfə ayı vurdu - Sərnişinlər gecəni vaqonlarda keçirdilər
-
ABŞ09:19Donald Trampın arzuladığı Nobel mükafatına Melaniya yaxınlaşdı - "The Telegraph"
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto


































.jpg)
.jpg)
