Bakı 2015
Dağ velosipedçiləri İlk Avropa Oyunlarındakı işini başa vurdu
Bakı 2015 I Avropa Oyunlarında dağ velosipedi idmanı üzrə yarışlar başa çatıb.
Publika.az xəbər verir ki, cəmi bir gün ərzində baş tutan yarışda əvvəlcə qadın, ardından kişi idmançılar ən güclüləri müəyyənləşdiriblər.
Dağ Velosipedi Parkında baş tutan yarışda 45 idmançı qüvvəsini sınayıb. Qadınların yarışında olduğu kimi kişilərin də mübarizəsi İsveçrə təmsilçilərinin zəfəri ilə başa çatıb.
Lakin bu dəfə bütün mükafatları eyni ölkənin idmançıları qazanıblar. Məsafəni 1 saat 41 dəqiqə 5 saniyəyə qət edən Nino Şurter qızıl medala yiyələnib. O, həmyerliləri Lukas Flukkiqeri 13, Fabian Qiqeri 33 saniyə qabaqlayıb.
Mükafatlar uğrunda iki Azərbaycan idmançısı da mübarizə aparıb. Ölkəmizi Aqşin İsmayılov və Orxan Məmmədov təmsil edib. İsmayılov mübarizəni 38-ci yerdə başa vurub. Məmmədov isə finişə çatmayan 7 idmançı arasında yer alıb.
Qeyd edək ki, bu gün keçirilən qadınların yarışında isveçrəli Yolanda Neff 1-ci, həmyerlisi Katrin Stieneman 2-ci, polşalı Maya Vloçovska 3-cü olub.
-
ABŞ09:19Donald Trampın arzuladığı Nobel mükafatına Melaniya yaxınlaşdı - "The Telegraph"
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür




































.jpg)
.jpg)
