“Cihan” xəbər agentliyi: Bütün dünya Bakıda möhtəşəm açılış mərasimini izlədi
Bizi izləyin

Bakı 2015

“Cihan” xəbər agentliyi: Bütün dünya Bakıda möhtəşəm açılış mərasimini izlədi

Türkiyənin “Cihan” xəbər agentliyinin ingilis dilli versiyasının saytında ilk Avropa Oyunlarının açılış mərasimi haqqında geniş məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə iyunun 12-də Bakıda keçirilən birinci Avropa Oyunlarının açılış mərasimi möhtəşəm hadisə kimi qiymətləndirilib. Yazıda deyilir: “Bütün dünya Bakıda möhtəşəm açılış mərasimini izlədi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Timoslav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və müxtəlif ölkələrin liderləri, rəhbər şəxsləri iştirak ediblər. Həmçinin dünyanın və Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri də möhtəşəm mərasimi izləyənlər arasında olublar. Bakı Olimpiya Stadionunda açılış mərasiminin təşkilinə 28 ölkədən 300 yaradıcı qrup, 34 ölkədən 1000-dən çox insan cəlb olunub. Həmçinin minlərlə könüllü də bu prosesdə mühüm rol oynayıblar”.

Yazıda iki dəfə Paralimpiya Oyunları, ikiqat dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin ilk Avropa Oyunlarının məşəlini Bakı Olimpiya Stadionuna gətirməsi yazıda xüsusi vurğulanıb. İlk Avropa Oyunlarının iyunun 28-dək davam edəcəyinin qeyd olunduğu məqalədə Avropanın müxtəlif ölkələrindən 6 min idmançının 17 gün ərzində öz ölkələrini təmsil edəcəyi bildirilib.

Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin açılış mərasimindəki çıxışına istinad edilərək diqqətə çatdırılıb ki, bu möhtəşəm tədbir Avropa idmanının ən parlaq anıdır. “İlk Avropa Oyunları Olimpiya hərəkatının itmiş beşinci halqasını tamamladı”, - deyən P.Hikki hər şeyə görə ev sahibi Azərbaycana, Prezident İlham Əliyevə və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkür edib. İdmançılara üz tutan AOK prezidenti bildirib ki, ilk Avropa Oyunlarında iştirak hər bir idmançı üçün böyük şansdır. Sizi Avropanın idman tarixinə adınızı yazdırmağa çağırıram”.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm