Bakı 2015
Türkiyəli məşqçi: “Rəhimova çox güclüdür”
“Bizim üçün bu gün qələbə çox vacib idi. Çünki qrupda liderlik uğrunda mübarizəmizi təmin etmək istəyirik”.
Bunu Türkiyənin voleybol üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Ferhat Akbaş Publika.az-a açıqlamasında deyib. Mütəxəssis İtaliya ilə oyunda qazanılan qələbədən danışıb: “Komandamızdan razı qaldım. Yaxşı oynadıq və qələbəni təmin etdik. Oyunda ciddi səhvlərimiz olmadı. Bunun üçün də hər setdə xal fərqi çox yüksək oldu. Qələbəyə layiq oyun göstərdik”.
Türkiyəli məşqçi İtaliya ilə oyunda onlara dəstək olan azərkeşlərə təşəkkür edib:
“Azərkeşlərin bizim qələbəmizdə xüsusi rolu var. Çox möhtəşəm dəstək aldıq. Azərbaycan xalqına və azərkeşlərə ayrıca təşəkkür edirəm”.
Akbaş Azərbaycan yığmasının oyunlarını da dəyərləndirib:
“Azərbaycan hər zaman güclü oyun göstərib. Çox güclü idmançılarınız var. Bunlardan biri də Polina Rəhimovadır ki, onun qarşısını almaq çox çətindir. Azərbaycan millisi ilə son oyunda qarşılaşacağıq. Güman edirəm ki, qardaşlıq qazanacaq”.
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib



































.jpg)
.jpg)