Bakı 2015
Bakı - 2015: Rusiya komandası önə keçdi
Bakıda keçirilən I Avropa Oyunlarının 4-cü günündə 15 dəst medal sahibinə çatıb.
Publika.az xəbər verir ki, komandamız ən çox medal qazanan ölkələr sırasında ilk pillədə olsa da, medal əyarına görə mövqeyini qoruya bilməyib. Belə ki, Rusiya millisinin aktivində 9 qızıl 2 gümüş, 4 bürünc medal olduğu üçün ilk sıraya şimal qonşularımız yiyələnib. Qardaş ölkə Türkiyə isə bu gün medallarının sayını artıra bilməyib və 4 qızıl, 2 gümüş, 6 bürünc medalla ilk üçlükdə qərarlaşıb.
15 iyun
Güləş:
Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun komanda yoldaşı 55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin isə bürünc medal əldə edə bilib.
Gimnastika:
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri tutub.
14 iyun
Güləş:
Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah Şəriəti ikinci, Həsən Əliyev üçüncü yeri tutub.
Karate:
Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.
Triatlon:
Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal sayını artırıb. O bürünc medalla kifayətlənməli olub.
13 iyun
Karate:
Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.
***
Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini 4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.
***
Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub edərək bürünc medalın sahibi olub.
***
Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini 3:1 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.
Güləş:
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1 hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş medal qazanıb.
***
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub olub və komanda aktivinə medal yazdıra bilməyib.
***
Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc medal əldə edib.

-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı













.jpg)





.jpg)


















