Bakı 2015
Bakı 2015: Taekvondoçumuzdan daha bir medal - CANLI YAYIM - YENİLƏNİR
Patimat Abakarova bürünc medal uğrunda Erika Nikoli (İtaliya) ilə görüşür. İdmançımız 13:0 hesabı ilə qalib gəldi.
20:43
Məhəmməd Məmmədov 3-cü yer uğrunda mübarizədə almaniyanı təmsil edən Ləvənt Tuncata məğlub oldu.
20:30
Məhəmməd Məmmədov 3-cü yer uğrunda qarşılaşmada Ləvənt Tuncatla (Almaniya) görüşür İdmançımız 1:0 öndədir.
20:20
Məhəmməd Məmmədov təsəlliverici görüşdə İlya Kokşintsevlə (Belarus) görüşdə (15-3) qələbə qazandı və bürünc medal uğrunda mübarizə aparacaq.
20:04
Məhəmməd Məmmədov təsəlliverici görüşdə İlya Kokşintsevlə (Belarus) qüvvəsini sınayacaq. Görüş 20:15-də baş tutacaq.
17:14
Taekvondo yarışlarında yarımfinal həyəcanı yaşanır. 49 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz Patimat Abakarova serbiyalı Tijana Boqdanoviçlə qarşılaşıb. İlk hissədə hesab açılmayıb. İkinci hissədə Abakarova 4-1 hesabı ilə qalib gəlib.
Üçüncü raundda serbiyalı idmançı 5-2 hesabı ilə qalib gəlib. Ümumi hesab 6-6 olduğundan əlavə raund oynanılıb. Bu raundda daha inamlı təsir bağışlayan Boqdanoviç qızıl xalı qazanaraq finala yüksəlib.
15:37
Qadınların yarışında Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) Yunanıstan idmançısı Loanna Koutsou ilə döyüşüb. Gərgin keçən qarşılaşmada idmançımız 4:2 hesabıyla qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
15:26
Taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) 1/4 finalda ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşıb. Bu döyüşdə 8:3 hesabıyla məğlub olan idmançımız yarımfinala yüksələ bilməyib.
15:20
Taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) 1/4 finalda ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşacaq.
Qadınların yarışında isə Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) Yunanıstan idmançısı Loanna Koutsou ilə döyüşəcək.
11:00
Bakı 2015 I Avropa Oyunları çərçivəsində taekvondo yarışlarında Azərbaycan idmançılarının iştirakına start verilib.
Publika.az xəbər verir ki, azərbaycanlı Məhəmməd Məmmədov israilli Gili Haimovitz ilə qarşılaşıb. Birinci hissəni 3:2 hesabı ilə üstün başa vuran təmsilçimizə video təkrar izləndikdən sonra daha 3 xal verilib. İkinci hissədə Azərbaycan tərəfi yenidən videonun izlənməsini istəyib. Lakin etiraz qəbul olunmayıb. Oyun 7-4 hesabı ilə Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.
10:40
Taekvondo üzrə yarışlarda Azərbaycan təmsilçisi ilə rusiyalı taekvondoçu üz-üzə gəlib.
Publika.az xəbər verir ki, azərbaycanlı Patimat Abakarovanın rusiyalı Aleksandra Liçaqina ilə mübarizəsi gərgin keçib. Azərbaycan idmançısı 7:1 hesabıyla qələbə qazanıb.
09:47
İyunun 16-sı Bakıda I Avropa Oyunları çərçivəsində taekvondo yarışlarına start verilib.
Publika.az xəbər verir ki, yarışlarda Azərbaycanı Məhəmməd Məmmədov (kişilər arasında 58 kiloqrama qədər) və Patimat Abakarova (qadınlar arasında 49 kiloqrama qədər) təmsil edir.
P.Abakarova ilk oyununu rusiyalı Aleksandra Liçagina, M.Məmmədov isə İsrail idmançısı Gili Haymoviçə qarşı keçirəcək.
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı













.jpg)























