Bakı 2015
Atıcılıq: Bəzi mükafatçılar müəyyənləşdi - YENİLƏNİB
Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində atıcılığın bəzi növlərində mükafatçılar müəyyənləşib.
Kişilər arasında səngər stendi yarışlarında Aleksey Alipov (Rusiya) birinci, Erik Varqa (Slovakiya) ikinci, Covanni Pellielo (İtaliya) isə üçüncü yeri tutub.
Qadınların 10 metrdən hava tapançası ilə atəş yarışlarının mükafatçıları: Zorana Arunoviç (Serbiya), Sonya Franke (İspaniya), Viktoriya Çayka (Belarus)
Kişilər arasında 10 metrdən hava tapançası ilə atəş yarışlarının mükafatçıları: Damir Mikeç (Serbiya), Joao Koşta (Portuqaliya), Yuray Tujinski (Slovakiya).
10:24
Qadınların 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışlarında Azərbaycanı iki snayper təmsil edib. Lakin İradə Aşumova və Nərminə Səmədovanın çıxışı uğursuz alınıb.
Belə ki, hər iki snayperimiz təsnifat mərhələsində mübarizəni dayandırıb. 36 idmançının qatıldığı mərhələdə Aşumova 273 xalla 26-cı, Səmədova 360 xalla 35-ci yeri tutub. Final mərhələsinə yalnız ilk 8 yerin sahibi yüksəlib.
09:26
Bu gün Bakı 2015 Avropa Oyunlarında qadınlar arasında hava tapançasından 10 metr məsafəyə atəş üzrə təsnifat mərhələsi start götürüb.
Publika.az xəbər verir ki, Azərbaycan bugünkü yarışda həm kişi, həm də qadınlar olmaqla 6 idmançı ilə təmsil olunacaq.
Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəş açmada Nərminə Səmədova və İradə Aşumova yarışacaq.
Saat 10:30-da isə stend atıcılığında Əlimirzə Quliyev və Elvin İsmayılov dəqiqliklərini yoxlayacaq. Kişilər arasında 10 metr məsafədə atəş açmada Ruslan Lunev və Rəsul Məmmədov mübarizə aparacaq. Bu yarış saat 10:30-da start götürəcək.
Qeyd edək ki, I Avropa Oyunlarında atıcılıq yarışlarına iyunun 22-də yekun vurulacaq.
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı

















.jpg)



















.jpg)
.jpg)