Bakı 2015
Taekvondo: Ayxan finalda - Prezident canlı izlədi - CANLI YAYIM - YENİLƏNİR
Bakı Kristal Zalda baş tutan taekvondo üzrə yarımfinal qarşılaşmasında Azərbaycan təmsilçisi Ayxan Tağızadə (68 kq) rusiyalı Aleksey Denisenko ilə qarşılaşıb.
Yarışı izləməyə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Taekvondo Federasiyasının Prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov da gəlib.
Ayxan rəqibini 7:5 hesabıyla məğlub edərək finala yüksəlib.
15:55
Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. İdmançımız 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.
O, finala gedən yolda Aleksey Denisenko ilə döyüşəcək. Qarşılaşma saat 17:15-də başlayacaq.
Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gələcək. Döyüş saat 15:45-də başlayacaq.
11:01
10:45-də tatamiyə yenidən Azərbaycan təmsilçisi çıxıb. Taekvondoçumuz Ayxan Tağızadə Sloveniya təmsilçisi Pantar Jure ilə üz-üzə gəlib.
Birinci hissədə 6:1 hesabı ilə rəqibini üstələyən A.Tağızadə növbəti turda daha iki xal qazanıb. Yarış 11:3 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Beləliklə, A.Tağızadə 1/4 finala vəsiqə qazanıb.
10:46
Bakı Kristal Zalda kişilər və qadınlar arasında taekvondo yarışlarının 2-ci gününə start verilib.
Publika.az-ın məlumatına görə, saat 10:30-da tatamiyə Azərbaycan təmsilçisi Günay Ağakişiyeva (57) çıxıb. Serbiya taekvondoçusu Draqana Qladoviçlə qarşılaşan taekvondoçumuz 8:4 hesabı ilə rəqibinə uduzub.
Qeyd edək ki, 24 yaşlı G.Ağakişiyeva 2014-cü il Avropa Çempionatı (3-cü yer), 2013-cü il İslam Həmrəyliyi Oyunları (2-ci yer), 2007-ci il Avropa Çempionatının (3-cü yer) mükafatçısıdır.
09:33
Bu gün Bakı 2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Publika.az xəbər verir ki, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizə aparacaq.
Taekvondoçuların yarışının ilk günündə 1 bürünc medal qazanan Azərbaycan yığmasının daha iki üzvü tatami üzərinə çıxacaq. Kişilərin yarışında Ayxan Tağızadə, qadınların mübarizəsində isə Günay Abdullayeva qüvvəsini sınayacaq.
Kişilər
68 kq
Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayacaq. İdmançımızın ilk rəqibi sloveniyalı Yure Pantar olacaq. Taekvondoçular saat 10:45-də tatami üzərinə çıxacaq.
Qadınlar
57 kq
Mübarizəyə ilkin mərhələdən başlayacaq Abdullayevanın birinci rəqibi serbiyalı Draqana Qladoviç olacaq. Bu görüş saat 10:30-da başlayacaq.
Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutaraq, bürünc medal qazanıb. Məhəmməd Məmmədov (58 kq) isə kişilərin yarışında bürünc medal uğrunda döyüşdə məğlub olub.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı

















.jpg)







.jpg)












