Bakı 2015
Suya tullanma: qalib məlum oldu – FOTOLAR - YENİLƏNİB
Final yarışlarının yekununda qızıl medalın sevincini Luis Tulson (456.70) yaşayıb. Gümüş medala Anna Çuinişena (429.15), bürünc medala Almaniya təmsilçisi Elena Vassen (410.40) sahib olub. Olqa Bikovskaya isə yarışı 305.75 xalla 11-ci yerdə başa vurub.
17:39
Tramplində çıxış edən 30 idmançı arasında Azərbaycan suya tullananı da qüvvəsini sınayıb. Artyom Danilov təsnifat mərhələsində 10 cəhddə 427,70 xal toplayıb. İdmançımız bu nəticə ilə 11-ci yeri tutub. Bununla da təmsilçimiz final mərhələsinə yüksəlib. Belə ki, mükafatlar uğrunda mübarizəni ilk 12 pilləni tutan idmançılar bu gün saat 19:00-da başlayacaq final mərhələsində qüvvəsini sınayacaq.
Qadınların yarışında 24 idmançı mübarizəyə başlayıb. Azərbaycanın yeganə təmsilçisi Olqa Bıkovskaya 8 cəhddə 323,30 xal toplayaraq, 11-ci olub. Bununla da o, final mərhələsində iştirak etmək hüququ qazanıb. 12 idmançının qatıldığı həlledici mərhələ saat 20:30-da start götürəcək.
13:13
Kişilərin 1 metr tramplin üzərindən tullanma yarışlarında 30 ölkə təmsilçisi iştirak edir.
Yarışda ilk olaraq Böyük Britaniya təmsilçisi Hitli Ceyms suya tullanıb. Azərbaycan təmsilçisi Danilov Artyom isə 11-ci olaraq çıxış edib. Təmsilçimiz artıq ilk çıxışını edib və 35.70 xal qazanıb.
İlkin mərhələdə ilk pilləni Rusiya təmsilçisi Molçanov İlia tutub. Digər rusiyalı atlet Şleyker Nikita ikinci pillədə qərarlaşıb. Üçüncü yeri isə İtaliya idmançısı Kristofori Ruslan Adriano tutub.
Azərbaycanlı atlet Danilov Artyom 11-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
10:18
Bu gün Bakı 2015 Avropa Oyunları çərçivəsində suya tullanma yarışları başlayıb.
Publika.az xəbər verir ki, bu gün kişilər tramplindən (1 metr hündürlükdən) tullanma, qadınlar isə platformadan tullanma üzrə mübarizəyə başlayacaqlar.
Tpamlindən tullanmada Azərbaycanı Artyom Danilov, platformadan tullanmada isə Olqa Bıkovskaya təmsil edəcək.
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır



































.jpg)


