Bakı 2015
Boks: İdmançılarımızın debütü uğurlu oldu – FOTOLAR – YENİLƏNİR
Yığmamızın üzvü Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşıb. Boksçumuz qələbə qazanmaqda ciddi çətinlik çəkməyib. O, hər 3 raundda rəqibindən üstün olub – 3:0 (30:26; 30:26; 30:24).
Sotomayor 1/8 finalda Dmitri Qalaqotla (Moldova) döyüşəcək. Görüş iyunun 21-də saat 20:30-da olacaq.
14:27
Hazırda 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Teymur Məmmədov Böyük Britaniya təmsilçisi Joshua Buatsi ilə qarşılaşır. Təmsilçimiz britaniyalı rəqibini məğlub edib. Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov T.Məmmədovun döyüşünü izləmək üçün Bakı Kristal Zala gəlib.
1/8 finalda Teymurun rəqibi Nikol Arutyunova (Ermənistan) 3:0 hesabı ilə qalib gələn Yordan Kulinski (Polşa) olacaq. Döyüş sabah 21:15-də olacaq.
11:48
Bakı 2015 İlk Avropa Oyunlarında boks yarışları iki gündür davam edir.
Publika.az xəbər verir ki, bu gün 1/16 mərhələsinin növbəti görüşləri keçiriləcək.
Azərbaycan boksçuları da məhz bu gündən rinqə çıxacaqlar. Yığmamızın 2 idmançısı rəqibini mübarizədən kənarlaşdırmağa çalışacaq.
Kişilər
64 kq
Bu çəki dərəcəsində ölkəmizi Lorenzo Sotomayor təmsil edəcək. Yığmamızın üzvü 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq. Görüş saat 18:15-də başlayacaq.
81 kq
Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verəcək. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə gücünü yoxlayacaq. Döyüş saat 13:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur. Komandamızın heyətində 10 kişi, 5 qadın boksçu millimizin aktivindəki medal sayını artırmağa çalışacaq.
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
























.jpg)



.jpg)








