Bakı 2015
Qızıl medala iddialı taekvondoçularımız danışdı
İlkin mərhələdə qalib gəlib 1/4 final mərhələsinə adlayan Azərbaycan taekvondoçuları Fəridə Əzizova (-67 kq) və Milad Beigi Harçeqani (-80 kq) döyüş təəssüratlarını Publika.az-la bölüşüb.
Qadınların yarışında ilk görüşdə hollandiyalı Joyce Van Baren ilə qarşılaşan Azərbaycan taekvondoçusu, dünya çempionatının bürünc mükafatçısı Fəridə rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.
Kişilərin yarışında isə Milad Beiqi Harçeqani (-80 kq) ilk görüşündə serbiyalı Damir Fejziciyə 12:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda “London-2012” Yay Olimpiya Oyunlarının bürünc medalçısı böyük britaniyalı Lutalo Muhammad ilə qarşılaşacaq.
Fəridə Əzizova söylədi ki, birinci döyüş olduğu üçün mübarizə bir qədər çətin olub:
“Çünki birinci döyüş digər döyüşlərə nisbətən həmişə mürəkkəb olur, idmançı tam açılışmır. Əlbəttə, Azərbaycan arenasında döyüşmək, azarkeşlərin alqış sədası altına mübarizə aparmaq daha ruhverici oldu və qələbə gətirdi”.
Növbəti turda türkiyəli Nur Tatarla qarşılaşacaq F.Əzizova proqnoz vermək istəmədiyini bildirdi: “Hər bir idmançı tatamiyə udmaq və dövlətinə qələbə qazandırmaq üçün çıxır. Mən əlimdən gələni edəcəyəm”.
Onun sözlərinə görə, Avropa Oyunları ilə bağlı təşkilati işlər çox yüksək səviyyədə təşkil olunub: “Hər şeyin ideal keçirilməsi üçün bütün işlər görülüb. Ölkəmizdə bütün idmançılara, o cümlədən taekvondoçulara xüsusi qayğı var. Bildiyiniz kimi Avropa Oyunları ilk dəfə bizim vətənimizdə keçirilir, yarışlarda qalib gəlməklə bütün dünyaya Azərbaycan taekvondoçularının gücünü göstərə bilərik”.
Milad Beigi Harçeqani isə qeyd edib: “Şadam ki, ilk mərhələdə böyük hesabla qalib gəldim. Tamaşaçıların dəstəyi bizə yüksək ruh verir. Bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
İndiyədək “London-2012” Yay Olimpiya Oyunlarının bürünc medalçısı Böyük Britaniyalı Lutalo Muhammadla heç bir döyüşdə qarşılaşmadığını deyən B.Milad qızıl medal qazanmağa var qüvvəsi ilə çalışacağını dedi: “İnşallah, yaxşı olar, birinciliyi əldə edərəm”.
Nərgiz
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı
















.jpg)




















.jpg)
.jpg)