Bakı 2015
Artyom Danilov: "Azərbaycan adına yarışdığıma çox şadam"
Suya tullanma üzrə Azərbaycanı təmsil edən idmançımız Artyom Danilov 11-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, idmançı yarışdan sonra təəssüratını jurnalistlərlə bölüşüb: “Hər şey çox gözəl təşkil olunub. Daha yaxşı çıxış edə bilərdim. Bəzi fəndlər istədiyim kimi alınmadı. Finala tam hazıram. Əsas rəqib kimi Rusiya, Böyük Britaniya, Danimarkanı hesab edirəm. Məqsədim ilk altılığa düşməkdir”.
Danilov uğurlu çıxış edib 2016-cı ildə Rio de Janeyroda təşkil ediləcək olimpiya oyunlarına qatılmaq istədiyini də bildirib: “Əslində ora lisenziya qazanmağı çox istəyirəm. Bu hər bir idmançının arzusudur. Düşünürəm ki, bu atletin yüksələ biləcəyi ən böyük zirvədir”.
O, Azərbaycan bayrağı altında çıxış etdiyinə görə qurur duyduğunu söyləyib: “Həqiqətən çox şadam ki, Azərbaycan adına yarışlarda çıxış edirəm. Rusiya təmsilçisi kimi çıxış etsəydim, bəlkə də, bu alınmazdı. Məni komandaya dəvət edənlərə təşəkkürmü bildirirəm”.
Rüstəm
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 30 Oktyabr 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
















.jpg)





















.jpg)
.jpg)