Bakı 2015
“Cəngi”nin Avropa Oyunlarına töhfəsi – FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin Avropa Oyunlarına həsr etdiyi silsilə konsert proqramlarından biri ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında keçirilib. Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı tamaşaçılara rəngarən proqram təqdim edib. Konserti tar ifası ilə açan ansablın rəhbəri M.Cəfərov çıxışında idman oyunlarını təşkil edən ölkə başçısı İlham Əliyevə, eyni zamanda xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib, idmançılara isə uğurlar arzu edib. Konsert zamanı oyunlarda Azərbaycanın adına qazanılan medalların sayının artığını səhnədən elan edən Mircavad müəllim qürur hissi keçirdiyini vurğulayıb.
Turistlərin, fəxri qonaqların, Milli Olimpiya Komitəsinin nümayəndələrinin qatıldığı konsertdə baletmeyster Aytən Bünyatovanın təqdimatında rəqqaslar Natavan Əliyeva, Nərminə Haşımova, Cabir Rzayev, Fərhad Əliyev milli rəqslərimizi nümayiş etdirib. Eyni zamanda etno caz, ənənəvi caz, türk sənət musiqisi, fransız şanson, Azərbaycan estradasından mahnılar səsləndirib. Musiqiçilər Mircavid Cəfərov (tar), Tural Qasımlı (piano), Vasif Hüseynli (piano), Kamran Kərimov (nağara), Lütfiyar Əliyev (saksafon), Coşqun Sadıqov (tütək, balaban), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) solo nömrələrlə çıxış ediblər. Arzu Həsənli isə milli estradamızdan seçmə mahnıları ilə konsertə özünəməxsus rəng qatıb.
Qeyd edək ki, Rusiyadan gələn kinematoqrafçılar konserti lentə alaraq, kadrları Olimpiya Oyunlarına həsr olunan sənədli filmə daxil edəcəklər.
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 30 Oktyabr 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
















.jpg)





















.jpg)
.jpg)