Bakı 2015
Taekvondoçumuz finala gedən yolu anlatdı
Finala yüksələn Azərbaycan taekvondoçusu Fəridə Əzizova (-67 kq) qızıl medalın bir addımlığında isveçli Elin Yohansonla keçirdiyi yarımfinal döyüşü barədə təəssüratlarını Publika.az-la bölüşüb.
Yanvarın 5-dən Avropa Oyunlarına hazırlaşdığını deyən F.Əzizova söyləyib:
“Bundan öncə dünya çempionatında və bir neçə turnirdə iştirak etməyimə baxmayaraq, bilirdik ki, ölkəmizdə İlk Avropa Oyunları keçiriləcək. Hər bir yarış öz yerində, amma psixoloji olaraq bu yarış üçün xüsusi hazırlaşırdım. İnanırdım və özümə söz vermişdim ki, ən azından final döyüşünə qədər gedib çıxacağam. Onu deyə bilərəm ki, artıq finaldayam və özümlə, mənə dəstək olan xalqımla qürur duyuram. Azarkeşlərə öz təşəkkürümü bildirirəm, arenaya çıxanda gurultulu alqışlarla mənə güc verib dəstək oldular. Bu artıq rəqiblərə psixoloji olaraq təsir göstərir və döyüşdən qalib çıxıram”.
F.Əzizova onu da qeyd edib ki, yarımfinaldakı isveçli rəqibi reytinqdə birinci olsa da, onunla bir neçə dəfə qarşılaşdığından Yohansonun taktikasına bələd olub:
“1/4 finalda türk idmançısı Nur Tatara nisbətən isveçli idmançı ilə yarışım mənə daha asan gəldi”.
O, türkiyəli idmançı ilə yarışından da danışıb: “Eyni çəki dərəcəsində döyüşsək də, heç vaxt qarşılaşmamışdıq. Son 1 ay ərzində mübarizə aparmışıq. Türkiyə bizə dost ölkədir, Nur Tatarla mənim də dostluq münasibətim var. Onunla mübarizə mənə daha çətin oldu. Dünya və Avropa çempionudur”.
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək














.jpg)
























.jpg)
.jpg)