Bakı 2015
Xetaq Qazyumov: “Cənab prezidentin bizi izləməsi olduqca qürurverici an idi”
Avropa Oyunlarında 93 kq çəki dərəcəsində qızıl medal qazanaraq tarixə düşən idmançılardan biri də Xetaq Qazyumovdur.
Xetaq Qazyumov Publika.az-a müsahibəsində Avropa Oyunlarındakı çıxışı və qarşıdakı planları ilə bağlı danışıb:
- İlk öncə təəssüratlarınızı öyrənmək istərdik. Həm qələbəniz, həm də ümumi Oyunlar barədə...
- I Avropa Oyunları bizə olduqca güclü təəssürat bağışlayıb. Deyərdim ki, Avropa Oyunları Azərbaycan üçün böyük bir bayramdır. Bu Oyunlarda iştirak etmək biz idmançılar üçün böyük şərəfdir. Qələbəmi bütün Azərbaycana həsr etdim. Ümid edirəm ki, qarşıdakı yarışlarda da bu cür gözəl nəticələr verərəm, azarkeşlərimizi sevindirərəm.
- Qarşıda sizi dünya çempionatı gözləyir. Hazırlığa nə vaxtdan başlayacaqsız?
- İndi bizi qarşıdan gələn dünya çempionatına hazırlıqlar gözləyir. Əgər seçmə mərhələləri keçsək, əzmlə mübarizə aparacağıq. Bizim məqsədimiz yalnız ən yüksək zirvəni fəth edərək qızıl medal qazanmaqdır. Maksimum nəticə üçün çalışırıq.
- Rusiya idmançısı ilə görüşünüz çətin oldu?
- Elədir. Amma şükür ki, qalib gələ bildim. Rusiya idmançısı Abdusalam Qadisov üzərində qazandığım qələbə xüsusi önəm kəsb edir. Ötən il Rusiya təmsilçisi məni məğlub etmişdi. Deməzdim ki, bu görüş bir revanş xarakteri daşıyır. Bu dəfə mənim bəxtim gətirdi. Amma onunla görüşlərimiz gələcəkdə də olacaq.
- Azarkeş dəstəyi barədə nə deyə bilərsiz?
- Çox güclü azarkeş dəstəyimiz var idi. Bizi qələbəyə elə onlar həvəsləndirirdi. Biz də onları qələbələrimizlə sevindirdik. Doğma azarkeşlər qarşısında uduzmaq mənim üçün çox çətin olardı. Buna görə də əlimdən gələni edib yarışdan qalibiyyətlə ayrıldım. Cənab prezidentin də bizi izləməsi olduqca qürurverici an idi.
Aygün İlqarqızı
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək



















.jpg)


















.jpg)
.jpg)