Bakı 2015
Radik İsayev: “Rəqibimdən yaxşı olduğuma görə qalib gəldim”
“Qızıl medalın bir addımlığındayam, amma rəqibim də güclüdür”. Bu sözləri Publika.az-a açıqlamasında finala yüksələn taekvondoçu Radik İsayev (-80kq) qələbə təəssüratlarını bölüşərkən deyib.
Finalda Rusiya təmsilçisi Vladislav Larinlə döyüşəcək taekvondoçumuz rəqibi ilə keçirəcəyi həlledici döyüşündən də danışıb:
“Rusiyalı rəqibimlə iki dəfə qarşılaşmışam və ona məğlub olmuşam. Allahın köməkliyi ilə bu dəfə ona qalib gəlməyə çalışacağam. 4 saatdan sonra məni həlledici döyüş gözləyir. İndi çay, kofe içib, dincələcəyəm və tatamidə qalib olmağa çalışacağam”.
Hollandiyalı Jeron Vanruijla ilə ilk döyüşünün ağır keçdiyini deyən R.İsayev bildirib ki, ikinci rəqibi sloveniyalı İvan Traykoviç də zəif deyildi:
“Amma mən ondan daha yaxşı olduğuma görə qalib gəldim”.
Döyüşün nəticəsindən asılı olmayaraq R.İsayev yaxınlarını görmək üçün ailəsinin yaşadığı şəhərə gedəcəyini deyib:
“Ailəmlə istirahət edəndən sonra yenə məşqlərimə davam edəcəyəm. O qədər də çox vaxtımız yoxdur. Rio de Janeyrodakı olimpiadaya düşmək üçün çalışmalıyam. Ailəm, qohumlarım burada deyil, amma dostlarım Bakıdadır, qazandığım bütün qələbələrimi ailəmə həsr edirəm”.
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək















.jpg)






















.jpg)
.jpg)