Bakı 2015
Bakı 2015: Səlimov erməni boksçunu məğlub etdi - YENİLƏNİB
Azərbaycan boksçusu Albert Səlimov (60 kq) Gürcüstanı təmsil edən erməni əsilli boksçu Otar Eranosyanla qarşılaşıb. Səlimov döyüşü 3:0 hesablı qələbəylə başa vuraraq, 1/4 finala adlayıb.
15:36
Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Avropa çempionumuzun rəqibi əvvəlki döyüşündə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gələn Mayls Kesi (İrlandiya) olub. 23 yaşlı boksçumuz ilk görüşündə özünü yaxşı tərəfdən göstərib. Hər 3 raunda inamlı təsir bağışlayan Elvin ciddi çətinlik çəkmədən mərhələ adlayıb – 3:0 (29:27; 30:25; 29:28).
14:33
Bakı 2015 Avropa Oyunlarında boks yarışları davam edir.
Publika.az xəbər verir ki, bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçiriləcək.
Bunun 4-də kişilər, 2-də qadınlar mübarizə aparacaqlar. Azərbaycan yığmasının 2 boksçusu bu gün rinqə çıxacaq. Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) ardınca Elvin Məmişzadə və Albert Səlimov da adını 1/4 finala yazdırmağa çalışacaq.
Boks
Kişilər
52 kq
Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi Mayls Kesi olacaq. İrlandiyalı boksçu Elvinə rəqib olmaq üçün əvvəlki mərhələdə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gəlib. 23 yaşlı boksçumuz saat 14:15-də rinqə çıxacaq.
60 kq
WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. Onun bugünkü görüşünə maraq olduqca böyükdür. Çünki təcrübəli idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq.
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO




































.jpg)


