Bakı 2015
Şose velosipedi: Mükafatçılar müəyyənləşdi - YENİLƏNİB
Qadınlar arasında şosse velosipedi idmanı üzrə yarışlar
keçirilib. Yarışda Azərbaycanı Ülfət Nəzərli və Olena Pavluxina
təmsil edib. Velosipedçilərimizdən Ülfət Nəzərli yarışı bitirə
bilməyib. Olena Pavluxina isə 3:25:57 saniyəlik göstərici ilə
siyahıda 32-ci pilləni tutub.
İlk üçlükdə isə müvafiq olaraq Alena Amialiusik (Belarus/3:20:36),
Katarzyna Nieviadoma (Polşa/3:20:36), Van-der-Breggen Anna
(Niderland/3:20:36) qərarlaşıb.
Yarışlarda iştirak edən velosipedçilərdən 16-sı finiş xəttini keçə
bilməyib və oyunu yarımçıq bitirib.
15:28
I Avropa Oyunlarında velosiped idmanının şose növü üzrə qadınların mübarizəsinə yekun vurulub. 106,8 km-lik yürüşdə finişə Hollandiyanın 2 təmsilçisi ilk 3-lükdə çatıb. Ellen van Diyk 2 saat 58,23 saniyə nəticə ilə qızıl, Anna van der Breggen 2 saat 58,23 saniyə göstərici ilə bürünc medal qazanıb. Gümüş medala isə finişə 2 saat 58,23 saniyəyə çatan polşalı Katarjina Nivyadoma sahib çıxıb.
Azərbaycan təmsilçilərinə gəldikdə, Alyona Pavluxina 3 saat 1,53 saniyə nəticə ilə 23-cü yeri tutub. Ülfət Nəzərli isə yürüşü yarımçıq tərk edən 16 velosipedçidən biri olub.
14:01
Bu gün qadın velosipedçilərin şosse yürüşü keçirilir. Finişi Azadlıq meydanında olacaq yürüşün start xəttinə 66 idmançı çıxıb.
Yürüşdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edir. Belə ki, Alyona Pavluxina və Ülfət Nəzərli mübarizə aparır. Təəssüf ki, Nəzərli məsafəni sonadək qət edə bilməyib. 25,6 km məsafədəki ara finişə sonuncu çatan (49 dəqiqə 23 saniyə) Ülfət yarışı dayandıraraq, növbəti məntəqəyə çatmayıb.
Pavluxina 51,2 km məsafədəki ara finişə 38-ci çatıb: 1 saat 26 dəqiqə 38 saniyə.
Qeyd edək ki, sabah kişilər şosse yürüşü keçiriləcək.
12:06
Bu gün I Avropa Oyunları çərçivəsində qadınlar arasında şose velosipedi idmanı üzrə yarışlar başlayıb.
Publika.az xəbər verir ki, Azərbaycanı yarışlarda Ülfət Nəzərli və Olena Pavlyuxina təmsil edirlər.
30 ölkənin 68 velosipedçisi qızıl uğrunda mübariəzə aparacaqlar.
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi





































.jpg)
.jpg)
