Bakı 2015
Radik İsayev: “Bu bir qisas görüşü idi”
Avropa Oyunlarında qızıl medal qazanaraq tarixə düşən idmançıların sayı gündən-günə daha da artır. Fəxri kürsünün ən yüksək pilləsinə sahib olan idmançılardan biri də taekvondo üzrə dünya çempionumuz Radik İsayevdir. R.İsayev oyunlarda 80 kq çəki dərəcəsində çıxış edib və bütün rəqiblərindən üstün olmağı bacarıb.
İndi onun arzusu Olimpiya çempionu ola bilməkdir. Radik Publika.az-ın əməkdaşı ilə qısa söhbəti zamanı bildirdi ki, finaldakı rəqibi üzərindəki qələbəsini revanş kimi qiymətləndirib. O, 2 dəfə məğlubiyyətin qisasını Avropa Oyunlarında aldığını vurğulayıb.
- İlk öncə təəssüratlarınızı öyrənmək istərdik. Avropa Oyunlarının qızıl medalını qazanmaq necə hissdir?
- I Avropa Oyunlarını uğurla başa vurdum. Sevinirəm ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilmişəm. Bununla fəxr edirəm. Təbii ki, bu qələbə mənə heç də asan başa gəlməyib.
- Deyəsən, finaldakı rəqib heç də asan olmayıb. Yəqin ki, ən çətin rəqibiniz də o idi?
- Finaldakı döyüşüm çətin oldu. Çünki rəqib çox güclü idi. Amma şükürlər olsun ki, qızıl medalı qazana bildim.
- Finaldakı rəqiblə nə vaxtsa qarşılaşmışdın?
- Bəli qarşılaşmışam. 2 dəfə onunla görüşüm olub.
- Nəticə o vaxt necə olmuşdu?
- Bundan öncə o məni iki dəfə udub. Ancaq qarşıma məqsəd qoymuşdum ki, ona qalib gəlim. Çünki bu mənim üçün qisas - revanş görüşü idi, burada da qalib olmaq istəyirdim.
- Qarşıda sizi nə gözləyir? Bir müddət tətilə çıxacaqsız?
- Bir həftə istirahət edəcəm. Ailə üzvlərimi görəcəm. Bundan sonra 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacağam. Məqsədim Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.
Aygün İlqarqızı
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi





































.jpg)
.jpg)
