Bakı 2015
Belçikalı gimnast: "Azərbaycanda gimnastikanın inkişafı üçün yaxşı şərait var"
"Birinci Avropa Oyunları bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki akrobatika gimnastikası Olimpiya Oyunlarına daxil deyil və biz birinci dəfə idi ki, belə böyük yarışmada iştirak edirdik".
Bunu Trend-ə birinci Avropa Oyunlarında akrobatika gimnastikasında qarışıq cütlük yarışlarında gümüş medal qazanmış Belçika gimnastı Kasamajor Solano deyib.
K.Solano bildirib ki, Avropa Oyunları onlar üçün böyük təcrübə olub: "Bu Oyunlarda iştirak etdiyimizə görə çox sevinirik, bizim üçün böyük təcrübə oldu. Ümumilikdə götürdükdə düşünürəm ki, Avropa Oyunları idmanın inkişafına böyük təsir göstərəcək. Eyni zamanda, Azərbaycan bu Oyunları yüksək səviyyədə təşkil edib. Yarışdığımız Milli Gimnastika Arenası isə çox gözəl idman kompleksidir. Bura çox geniş və gözəldir, tamaşaçılar da idmançıları alqışlayır. Azərbaycanda gimnastikanın inkişafı üçün yaxşı şərait var".
Birinci dəfə Azərbaycanda olduqlarını deyən belçikalı idmançılar ölkəmizi və Bakını çox bəyəndiklərini deyiblər: "Birinci dəfədir ki, Bakıdayıq. Bakı çox xoşumuza gəldi, təmiz şəhərdir, yaxşı havası var. İnsanlarınız da mehriban və qonaqpərvərdirlər".
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO














.jpg)




.jpg)
















.jpg)


