Bakı 2015
İki boksçumuz növbəti mərhələdə - FOTO
İyunun 20-də “Baku Crystal Hall”da boks yarışlarının beşinci gününün ilk yarısında qadın boksçuların 51-54 və 60-64 kiloqram çəki dərəcələrində səkkizdəbir final qarşılaşmaları keçirilib. Bu mərhələdə Rusiya, İtaliya (2), Almaniya, Polşa və Böyük Britaniya idmançıları qələbəyə sevinən tərəf olublar.
Publika.az xəbər verir ki, kişi boksçuların yarışı böyük marağa səbəb olub. Belə ki, 52 və 60 kiloqram çəki dərəcələrində Azərbaycanın rinqə çıxan hər iki idmançısı – Elvin Məmişzadə və Albert Səlimov görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər. Boksçularımız müvafiq olaraq irlandiyalı Mayles Kasey və Gürcüstanı təmsil edən Otar Eranosyanı məğlub ediblər - 3:0.
Hər iki çəki dərəcəsində digər görüşlər Bolqarıstan-İspaniya, Almaniya-Ukrayna, Gürcüstan-Rusiya, Bolqarıstan-Ermənistan, Slovakiya-Türkiyə və İrlandiya-İtaliya idmançıları arasında keçirilib. Qarşılaşmaların nəticələrinə əsasən 52 kiloqram çəki dərəcəsində Bolqarıstan, Almaniya və Rusiya, 60 kiloqram çəki dərəcəsində isə Bolqarıstan, Türkiyə və İrlandiya idmançıları “Bakı-2015”-də çıxışlarını davam etdirmək hüququ qazanıblar.
Günün ikinci yarısında azarkeşlər maraqlı idman mübarizəsinin şahidi olublar. Rinqə 52, 60, 69 və 91+ kiloqram çəki dərəcələrində kişi boksçular çıxıblar. Axşam saatlarında ümumilikdə 4 çəki dərəcəsi üzrə 16 görüş baş tutub.
Keçirilən görüşlərdən sonra növbəti mərhələdə iştirak etmək hüququ qazanan boksçuların adları məlum olub. Beləliklə, Ermənistan, Slovakiya, Türkiyə, İtaliya, Macarıstan, Fransa, Polşa, Bolqarıstan, Belarus, Rusiya, Ukrayna, Gürcüstan, İrlandiya və Litva boksçuları birinci Avropa Oyunlarında çıxışlarını davam etdirəcəklər.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO





































.jpg)

