Bakı 2015
Kamandan oxatma: qalib məlum oldu - YENİLƏNİB
İyunun 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda birinci Avropa Oyunları çərçivəsində keçirilən qadın oxatanların fərdi mübarizəsinin qalibi məlum olub.
1/16 mərhələdə mübarizə aparan Azərbaycan təmsilçisi Olqa Senyuk danimarkalı Maya Jaqerə 3:7 hesabı ilə məğlub olaraq mübarizəni yarıda dayandırıb.
Finalda isə Karina Vinter (Almaniya) Maya Jaqerlə (Danimarka) ilk Avropa Oyunlarının qızıl medalı uğrunda mübarizə aparıb. Evangeliya Psarra (Yunanıstan) isə Alisia Marini (İspaniya) bürünc medal uğrunda sınağa çəkib.
Sonda qadın oxatanların fərdi mübarizəsində Karina Vinter qızıl medala sahib çıxıb. O, rəqibi Maya Jaqerə 6:2 hesabı ilə qalib gələrək Avropanın ən sərrast oxatanı adını qazanıb. Maya Jaqer isə gümüş medala yiyələnib.
Üçüncü yer uğrunda yarışda Alisia Marin Evangeliya Psarraya qalib gələrək, bürünc medalı boynundan asıb - 6:4.
Mükafatlandırma mərasimində medalları Avropa Oxatma Federasiyasının baş katibi xanım Marinella Pisciotti və Avropa Oxatma Federasiyasının idarə heyətinin üzvü Fillip Bouclet təqdim ediblər.
10:46
Bu gün kamandan oxatma üzrə qadınlar arasında fərdi 1/16 seçmə mərhələsi keçirilir.
Publika.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Olqa Senyuk saat 10:31-də qüvvəsini sınayıb. O, 2013-cü ilin dünya çempionu danimarkalı Maya Jagerlə qarşılaşıb. Birinci hissədə 0:2 hesabı ilə rəqibindən geri qalan təmsilçimiz növbəti mərhələdə 1 xal qazanıb. Lakin Senyukun rəqibi də hesabına daha 1 xal yazdırıb. Üçüncü hissədə Olqa 2 xal qazanaraq hesabı bərabərləşdirib – 3:3. Görüş 7:3 danimarkalı oxatanın xeyrinə başa çatıb. Bununla da bu yarışlarda mübarizəni davam etdirən təmsilçimiz qalmayıb.
09:18
İyunun 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda birinci Avropa Oyunları çərçivəsində qadın oxatanların fərdi mübarizəsinin 1/16 mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, qadın oxatanların yarışında Azərbaycan təmsilçisi Olqa Senyuk danimarkalı Maya Jaqeri sınağa çəkəcək.
Bu mərhələdə aşağıdakı cütlüklər üz-üzə gələcəklər:
Karina Vinter (Almaniya) – Ünsal Begünhan (Türkiyə)
Nicky Hunt (Böyük Britaniya) – Nataliya Yerdniyeva (Rusiya)
Kristina Timofeyeva (Rusiya) – Evangeliya Psarra (Yunanıstan)
Anastasiya Pavlova (Ukrayna) – Alexandra Lonqova (Slovakiya)
Yasemin Anagöz (Türkiyə) – Alena Tolkaç (Belarus)
Adriana Martin (İspaniya) – Xatuna Narimanidze (Gürcüstan)
Natalia Valeeva (İtaliya) – Yuliya Lobzhenidze (Gürcüstan)
Alisia Marin (İspaniya) – Laura Ruggieri (Fransa)
Yelena Richter (Almaniya) – Hanna Marusova (Belarus)
Miriam Alacon (İspaniya) – Quendalina Sartori (İtaliya)
İnna Stepanova (Rusiya) – Aybukə Aktuna (Türkiyə)
Yekaterina Timofeyeva (Belarus) – Lidiya Siçenikova (Ukrayna)
Berengere Sçuh (Fransa) – Esther Deden (Niderland)
Olqa Senyuk (Azərbaycan) – Maya Jaqer (Danimarka)
Veronika Marçenko (Ukrayna) – Elena Tonetta (İtaliya)
Lisa Unruh (Almaniya) – Adriana Zuranska (Polşa).
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı








































