Bakı 2015
Batut gimnastikasına yekun vuruldu – YENİLƏNİR
Batut gimnastikası yarışlarında qadınlar arasında keçirilən sinxron hərəkətlər üzrə yarışların medalları öz sahiblərini tapıb.
Publika.az xəbər verir ki, rusiyalı Anna Kornetskaya və Yana Pavlova cütlüyü hamıdan güclü olub. 46,400 xal toplayan şimal qonşumuzun təmsilçiləri I Avropa Oyunlarının qızıl medalına layiq görülüb.
İkinci yeri 44,600 xalla Fransa, üçncü yeri isə 44,500 xalla Portuqaliya idmançıları qazanıb.
Batut gimnastikası üzrə kişilər arasında sinxron hərəkətlər
yarışlarının medalçıları məlum olub.
Gimnastikanın digər növündə də qızıl medalı əldən verməyən rusiyalı
gimnastlar – Dmitri Uşakov və Mixail Melnik bu dəfə də fəxri
kürsünün ən yüksək pilləsinə qalxıblar. Cütlük 51,100 xal
toplamaqla I Avropa Oyunlarının baş mükafatını qazanıb.
Gümüş medal isə Belarus idmançılarına nəsib olub. Uladzislau Hançarou və Mikalai Kazakdan ibarət cütlük liderdən cüzi fərqlə geridə qalıb – 50,800 xal.
Martin Qromovski və Kirilo Sonndan ibarət alman cütlük isə 48,800 xal toplamaqla turnirin bürünc mükafatını qazanıb.
10:58
Batut gimnastikasında qaliblər məlum olub. Kişilər arasında keçirilən final mərhələsində Rusiya idmançısı Dmitri Uşakov 60,090 xal toplayaraq qızıl müdalı qazanıb. Belarus idmançısı Uladzislau Hançarou 59,380 xalla ikinci piləni tutub. Həmyerlimiz İlya Qrişunin 58,765 xalla bürünc medalı qazanıb.
Eyni vaxtda keçirilən qadınların yarışında çıxış edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub.
Bu yarışda mükafatları rusiyalı Yana Pavlova (54,335), böyük britaniyalı Katerin Driskol (53,910) və belaruslu Anna Harçonak (53,565) qazanıb.
10:06
Bu gün Birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarının son gününə start verilib.
Publika.az xəbər verir ki, aerobika və batut gimnastikası üzrə final yarışları başlayıb.
Ölkəmizi batut gimnastikasında kişilər arasında batut hərəkətlərində Qrişunin İlya, qadınlar arasında batut hərəkətlərində isə Svetlana Makştarova təmsil edir.
Bu gün həmçinin kişilər və qadınlar arasında sinxron hərəkətlər üzrə yarışların final mərhələsi baş tutacaq.
Bu idman növündə 4 dəst medal oynanılacaq.
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi




























.jpg)









