Bakı 2015
Atıcılıq: Ruslan finala düşə bilmədi - CANLI YAYIM - YENİLƏNİR
25 metrdən tapança ilə sürətli atəş açmaqda Ruslan Lunyov mübarizə aparıb. Snayperimiz təsnifat mərhələsində 575 xal toplayıb. O, 12-ci yeri tutaraq, final mərhələsinə yüksələ bilməyib.
15:16
I Avropa Oyunları çərçivəsində kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş açma yarışı başa çatıb. Kürsüsünün ən yüksək pilləsinə 456.2 xalla Fransa idmançısı Valerian Sovplan qalxıb.
Gümüş medalın sahibi Xorvatiya atıcısı Petar Qorsa (454 xal) olub. Belaruslu Vitali Bubnoviç (444.5 xal) isə bürünc medala yiyələnib.
13:33
Dairəvi stend yarışlarında Emin Cəfərov və Paşa Əhədpur təsnifat mərhələsinin 2-ci günündə çıxış edib. 116 xal toplayan Cəfərov 30 idmançı arasında 24-cü olubsa, Əhədpur 110 xalla 30-cü yeri tutub. Onlar yarımfinala yüksələ bilməyərək, mübarizəni dayandırıb. Medallar uğrunda yarışı 6 idmançı davam etdirəcək.
12:56
25 metrdən tapança ilə sürətli atəş açmaqda Ruslan Lunyov mübarizə aparır. Snayperimiz 1-ci təsnifat mərhələsində 290 xal toplayaraq, 7-ci olub. 2-ci təsnifat mərhələsinə saat 13:00-da start veriləcək.
09:43
Bakı 2015 I Avropa Oyunlarında atıcılıq yarışlarında mübarizə davam edir.
Publika.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində 3 növ üzrə yarışlar keçiriləcək.
Bu yarışlarda 3 Azərbaycan təmsilçisi də hədəf önünə keçəcək.
Dairəvi stend yarışlarında Emin Cəfərov və Paşa Əhədpur təsnifat mərhələsinin 2-ci günündə qüvvəsini sınayacaq. İlk gündə 70 xal toplayan Cəfərov 30 idmançı arasında 25-ci olubsa, Əhədpur 68 xalla 27-ci yerlə kifayətlənib.
25 metrdən tapança ilə sürətli atəş açmaqda Ruslan Lunyov çıxış edəcək. Snayperimiz əvvəl təsnifat mərhələsində hədəfi nişan alacaq.
Qeyd edək ki, təmsilçilərimizin çıxış etdiyi hər iki yarış saat 09:00-da başlayıb.
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var





































.jpg)
.jpg)

.jpg)