Bakı 2015
Boks: Daha bir boksçumuz yarımfinalda - YENİLƏNİR
Boks üzrə kişilər arasında orta çəki (75kq) səkkizdəbir finalın növbəti görüşü keçirilib. Azərbaycan boksçusu Xaybulla Musalov fransalı rəqibi Mbilli Assomo-Hallıer Christianı 3-0 hesabı ilə məğlub edib. Bu qələbə nəticəsində boksçumuz növbəti mərhələyə adlayıb.
21:00
Azərbaycan təmsilçisi Kollazo Sotomayor moldovalı rəqibi Dmitri Qalaqotu 3-0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
15:54
Azərbaycanı 91 kiloqram çəki dərəcəsində təmsil edən Abdulqadir Abdullayev macarıstanlı Adam Hamori ilə qarşılaşıb. Hər üç raundda rəqibinə aman verməyən boksçumuz 3:0 hesabı ilə qalib gəlib. O, bu gün adını 1/4 finala yazdıran üçüncü boksçumuz olub.
14:32
69 kq-da mübarizə aparan daha bir boksçumuz Pərviz Bağırov Belarusdan olan Vasili Belousla döyüşə çıxıb. İlk iki raund həmyerlimizin üstünlüyü ilə keçib. Üçüncü raundu da möhtəşəm keçirən boksçumuz görüşü 3:0 hesablı qələbə ilə bitirib və adını 1/4 finala yazdırıb.
14:15
Azərbaycanı 57-60 kiloqram çəkidə təmsil edən Yana Alekseyevna Finlandiya təmsilçisi Mira Potkonenlə qarşılaşıb. İlk raund təmsilçimizin xeyrinə başa çatıb. İkinci raundu da üstün keçirən azərbaycanlı boksçu rəqibinə daha dəqiq zərbələr endirə bilib.
Son 2 raundu da eyni tempdə keçirən həmyerlimiz görüşü 3:0 hesabı ilə qalib başa vurub və 1/4 finala vəsiqə qazanıb.
12:58
Bu gün Bakı 2015 Birinci Avropa Oyunlarında boks yarışlarının 1/8 final mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, 1/4 finala gedən yolda daha 5 çəkidə döyüşlər baş tutacaq.
Bunun dördündə kişi, birində qadın boksçular mübarizə aparacaqlar. Azərbaycan yığmasının üzvləri bu gün keçiriləcək bütün çəki dərəcələrində rinqə çıxacaq.
Boks
21 iyun
Kişilər
64 kq
1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkəcək. Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının görüşü saat 20:30-a təsadüf edəcək.
69 kq
Mübarizəyə bu gündən qoşulacaq Pərviz Bağırovu 1/8 finalda ciddi sınaq gözləyir. 21 yaşlı boksçumuz əvvəlki döyüşündə Anas Messaudini məğlub edən London 2012-nin iştirakçısı olmuş moldovalı Vasili Belusla qarşılaşacaq. Avropa çempionumuz rinqə saat 14:15-də çıxacaq.
75 kq
Bu çəkidə Azərbaycanı təmsil edəcək Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirəcək. 1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş saat 21:00-da olacaq.
91 kq
Azərbaycan boksçusu Abdulqadir Abdullayev macarıstanlı Adam Hamori ilə gücünü yoxlayacaq. Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqiblə saat 15:30-da döyüşəcək.
Qadınlar
60 kq
Qadın boksçularımızdan Yana Alekseyevna 1/8 finalda kifayət qədər təcrübəli finlandiyalı Mira Potkonenlə üz-üzə gələcək. 27 yaşlı idmançımız özündən 7 yaş böyük olan rəqiblə saat 13:30-da münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı
















.jpg)






















