Bakı 2015
Çempion: "Avropa Oyunları London Olimpiya Oyunları ilə eyni səviyyədədir"
2013-cü ilin dünya çempionu, danimarkalı oxatan Maya Jager İlk Avropa Oyunları barədə Publika.az-a təəssüratlarını bölüşüb.
Bu gün kamandan oxatmada qadınlar arasında seçmə mərhələdə Azərbaycan təmsilçisi Olqa Senyuka qalib gələn M.Jager bildirib ki, kamandan oxatma yarışının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionu möhtəşəmdir:
"2013-cü ildə dünya çempionatında iştirak edib çempion adını qazanmışam. Dünya çempionatından fərqli olaraq, Avropa Oyunlarında oxatma yarışları yalnız bir məkanda keçirilir ki, bu da idmançının məkana uyğunlaşması baxımından önəmli şərtdir. Bilirsiniz, son qarşılaşmamda azərbaycanlı oxatanla yarışdım və qalib gəldim. O da güclü idi, amma onu üstələdim. Mən London Olimpiya Oyunlarında da iştirak etmişəm. İlk Avropa Oyunları London Olimpiya Oyunları ilə eyni səviyyədədir. Burada hər şey yaxşı səviyyədə təşkil olunub. Biz Atletlər Kəndində qalırıq. Bizim üçün rahat şərait yaradılıb. Bundan başqa, paytaxtınızı belə gözəl təsəvvür etmirdim. Birinci
Avropa Oyunlarının Bakı kimi heyrətamiz şəhərdə keçirilməsi ilə bağlı qərar doğru seçim idi. Buna bir daha əmin oldum".
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi





































.jpg)
.jpg)
