Bakı 2015
Tarix yazan gimnastımız: “Biz kiçik, lakin inamlı addımlarla irəli gedirik”
“Biz çox məmnunuq ki, ölkəmizin aktivinə 5 medal - həm qızıl, həm də gümüş və bürünc medallar yazdırdıq. Mən bunu çox gözəl nəticə hesab edirəm".
Publika.az xəbər verir ki, bunu Bakı 2015 I Avropa Oyunlarında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan gimnastı Oleq Stepko jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanda ilk belə səviyyədə olan medaldır:
"Biz kiçik, lakin inamlı addımlarla irəli gedirik. Avropa Oyunlarının sayəsində bir çox insanlar, uşaqlar ölkəmizdə daha çox maraq doğuran güləş, cüdo, karate idman növləri ilə yox, həmçinin idman gimnastikası ilə maraqlanacaqlar. İdman gimnastikası da digər idman növləri kimi nəticə verir, gəlin bu idman növünü daha da populyarlaşdıraq, ona marağı artıraq. Federasiyanın prezidenti Mehriban xanıma bizə göstərdiyi dəstək və yardıma görə xüsusilə təşəkkür edirik və çalışırıq ki, onun və digər azarkeşlərin ümidlərini doğruldaq".
Oleq Stepko "Siz idman gimnastikasının hansı növünə daha çox üstünlük verirsiniz?" sualını isə belə cavablandırıb: "Bu, ilk öncə idman gimnastikasının paralel qollar üzrə növüdür. Mən çox sevinirəm ki, bu növdə Avropa Oyunlarının qalibi oldum. Hesab edirəm ki, bu yarışlar Avropa çempionatına bərabərdir. Bura Avropanın ən güclü idmançıları, Avropa və dünya çempionları, həmçinin Olimpiya mükafatçıları gəlib. Düzü, məndə kiçik problem var idi, lakin məşqçinin və digərlərinin köməyi sayəsində biz problemin öhdəsindən gəldik və belə nəticə qazandıq".
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun


















.jpg)


















.png)