Sambo: Vasif də qızılı əldən verdi - FOTO/YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Sambo: Vasif də qızılı əldən verdi - FOTO/YENİLƏNİB

Kişilər arasında +100 kq çəki dərəcəsində final görüşündə təmsilçimiz Vasif Səfərbəyov Rusiya idmançısı Artem Osipenko ilə qarşılaşıb. Rəqib 8:0 hesabla qalib oldu. Bu idmançımız da gümüş medalla kifayətlənməli oldu.

21:04

Kişilər arasında -90 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə təmsilçimiz Kənan Qasımov gürcüstanlı rəqibi Davit Karbelashvili ilə qarşılaşıb. Görüşün ilk dəqiqəsində idmançımız 1:0 öndə olub. Ancaq xəbərdarlı aldığı üçün xalı silinib. Buna baxmayaraq samboçumuz yenidən önə keçib - 2:0. Amma növbəti dəfə xəbərdarlıq və daha bir xalımız silinir – 1:0 Daha sonra rəqib idmançı hesabı bərabərləşdirir – 1:1 Görüşü gürcüstan idmançısı qazanır

20:24

Kişilər arasında -74 kq çəki dərəcəsində çıxış edən Amil Qasımov finalda Belarus idmançısı Stsiapan Papou ilə qarşılaşıb. Görüşün ilk xalını rəqib idmnçı qazanıb. Ancq samboçumuz da aktivinə xal yazdıraraq görşün hesabını bərabərləşdirib- 1:1 Ardınca atdığı fəndlə hesabı 3:1 edib. Ancaq Belarus idmançının ağrıdıcı fəndinin qurbanı olub. Rəqib idmançı görüşü tam qələbə ilə başa vurub. Belarus idmançı samboçumuzun ağrıdan qalxa bilmədiyini görüb onu kürəyində döşəkdən kənara çıxarıb .

19:47

Qadınlardan ibraət sambo yarışında Şəhanə Hüseynova (-60 kq) bürünc uğrunda mübarizədə haqq qazanan növbəti görüşə çıxıb. O belarus idmançı Katsiaryna Prakapenka ilə üz-üzə gəlib. Rəqib tam qələbə ilə üstün olaraq bürünc medal qazanıb.

19:31

Kişilər arasında 57 kq çəki dərəcəsində qızıl medal uğrunda görüşdə samboçumuz İslam Qasımov Ruisya təmsilçisi Aymergen Atkunovla üz-üzə gəlib. Görüşün ilk dəqiqələrində hər ii idmançı xəbərdarlıq alıb. İdmançımıza verilən növbəti xəbərdarlıq rəqib samboçunun aktivinə bir xal yazdırıb. Təəssüf ki, idmançımız rəqib idmançının ağrıdıcı fəndi ilə görüşdə təslim olub. Bnunla da dah bir idmançımız Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənməli olu

19:18

52 kq çəki dərəcəsində qadınlar arasında qızıl medal yarışında təmsilimiz Nəzakət Xəlilova Rusiya samboçusu Anna Xaritonova ilə qarşılaşıb. Final görüşündə 2-ci dəqiqədən ilk xalı rus idmançı öz aktivinə yazdırır. Bunnla yetinməyən rəqib vaxtından əvvəl tam qələbə qazanır. Beləliklə idmançımız gümüş medallla kifayətlənməli olur.

18:25

Millimizin medal ümidlərindən olan Kənan Qasımov 1/4 finalda ukraynalı İvan Vasilçuku sınağa çəkib. Qarşılaşma həmyerlimizin çətin qələbəsi ilə başa çatıb - 2:1. Qasımov yarımfinalda Alsim Çernoskulovla (Rusiya) güləşib. Təəssüf ki, Qasımov bu dəfə qalib gələ bilməyib və rusiyalı rəqib finalda iştirak hüququ qazanıb. Buna baxmayaraq, Kənan bürünc medal uğrunda çıxışını davam etdərəcək. O, döyüşə saat 20:40-da çıxacaq.

-74 kq-da yarımfinalda təmsilçimiz Amil Qasımovun rəqibi bolqarıstanlı Martin İvanov olub. Samboçumuz ilk dəqiqələrdən rəqibindən üstün olmağı bacarıb. O bu üstünlüyünü sona qədər qoruyub və görüşü qələbə ilə başa vurub - 4:3. O, finala vəsiqə qazanıb. Amil qızıl medal döyüşündə Stepan Popovla qarşılaşacaq. Döyüş saat 20:02-də start götürəcək.

İlk görüşdə Rusiya idmançısı Kostenko Yanayaya 4:0 hesabla məğlub olan xanım təmsilçimiz Şəhanə Hüseynova ( -60 kq) təsəlliverici görüşə çıxıb. Onun rəqibi gürcüstanlı Shorena Saharadze olub. O, rəqibini 4:2 hesabıyla məğlub edib. Beləliklə, bürünc medal uğrunda görüşə haqq qazanıb. O, saat 19:34-də Katarin Prakapenka (Belarus) ilə üz-üzə gələcək.

11:37

57 kq-da mübarizə aparan İslam Qasımov yarımfinalda Gürcüstan təmsilçisi Vaxtanq Ciduaşviliylə qarşılaşıb. 3:1 hesabıyla qalib gələn samboçumuz finala yüksəlib. O, finalda Rusiya idmançısı Aymergen Atkunovla qarşılaşacaq. Görüş saat 19:18-də olacaq.

+100 kq-da çıxış edən Vasif Səfərbəyov Ukraynanı təmsil edən erməni əsilli Razmit Tonoyanla üz-üzə gəlib. Səfərbəyov qalib gəlməklə finala vəsiqə qazanıb - 2:0. Finalda onun rəqibi rusiyalı Artem Osipenko olacaq. Döyüş 21:30-da başlayacaq.

Qadın samboçumuz Nəzakət Xəlilova (52 kq) litvalı Ruta Aksiona ilə qarşılaşıb. Görüş 7:0 hesabı ilə təmsilçimizin xeyrinə bitib. Nəzakət Xəlilova finala vəsiqə qazanıb. O, çempionluq üçün Anna Xaritonova (Rusiya) ilə gücünü yoxlayacaq. Həlledici qarşılaşma saat 19:06-da keçiriləcək.

11:11

68 kq-da 1/8 final mərhələsindən azad olan Nərminə Əlizadə də debüt görüşündə uduzub. Samboçumuz Olqa Namazava (Belarus) ilə bacarmayıb - 0:4. Amma onun rəqibi finalda mübarizə aparacağından Əlizadə bürünc medal uğrunda yarışacaq. Samboçumuz saat 21:02-də fransalı Kelin Konde ilə qüvvəsini sınayacaq.

Qadınlar arasında -64 kq çəki dərəcəsində Qurbanova Fəridə Moldovadan olan rəqibi Yekaterina Kretuya məğlub olub 4:0.

Hüseynova Şəhanə ( -60 kq) Rusiyadan olan rəqibi Kostenko Yanaya məğlub olub - 4:0.

10:53

64 kq çəki dərəcəsində 1/4 finaldan mübarizəyə qoşulan Fəridə Qurbanova ilk görüşündə moldovalı Yekaterina Sretu ilə görüşüb. Döyüş idmançımız üçün uğursuz alınıb və o, məğlubiyyətə üzülüb - 0:2.

+100 kq çəki dərəcəsində 1/4 finalda təmsilçimiz Vasif Səfərbəyov Makedoniya Dövlət Respublikasından olan Maşovikç Bajroya qalib gəlib - 4:0. o, yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla qarşılaşacaq. Görüş 11:36-da baş tutacaq.

10:43

-52 kq çəki dərəcəsində 1/4 finalda çıxış edən xanım samboçumuz Fəridə Xəlili rumıniyalı rəqibi Kodrina İoneskonu məğlub edib. O, görüşü 3:1 hesablı qələbə ilə başa vurub. İdmançımız yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayacaq.

10:35

Həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparacaq.

10:21

Avropa Oyunlarında -90 kq çəki dərəcəsində 1/4 finalda çıxış edən samboçumuz Kənan Qasımov Ukrayna idmançısı İvan Vasilçukla qarşılaşıb.

Görüşün ilk dəqiqələrində idmançımız aktivinə 2 xal əlavə edə bilib. İdmançımız sona qədər üstünlüyünü qoruyub və qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

09:56

Bu gün Bakı 2015 Avropa Oyunlarında sambo yarışları keçiriləcək.

Publika.az xəbər verir ki, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.

Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaq. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.

Sambo

22 iyun

Kişilər

57 kq

Həmyerlimiz İslam Qasımov 1/4 final görüşünə saat 10:24-də çıxacaq. O, rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək.

74 kq

Bu çəki dərəcəsində döşəyə çıxacaq təmsilçimiz Amil Qasımov da ilk mərhələdən azaddır. O, 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək. Təmsilçimizin ilk görüşü 11:06-da start götürəcək.

90 kq

Millimizin medal ümidlərindən olan Kənan Qasımov da mübarizəyə 1/4 finaldan start verəcək. O, debütdə ukraynalı İvan Vasilçuku sınağa çəkəcək. Bu qarşılaşma saat 10:12-də başlayacaq.

+100 kq

Ölkəmizi təmsil edəcək Vasif Səfərbəyov da yarışa 1/4 finaldan başlayacaq. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya) münasibətinə aydınlıq gətirəcək. Həmyerlimiz 10:48-də döşək üzərinə çıxacaq.

Qadınlar

52 kq

Bu çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda keçirəcək. Təmsilçimiz Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gələcək. Bu görüş 10:36-da start götürəcək.

60 kq

1/8 final mərhələsindən azad olan Şəhanə Hüseynova rəqibini gözləyir. O, Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimizin bu yarışdakı debütü 10:54-ə təsadüf edəcək.

64 kq

1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşünə saat 10:36-da çıxacaq. İdmançımız yarımfinala vəsiqə uğrunda moldovalı Yekaterina Sretu ilə görüşəcək.

68 kq

Nərminə Əlizadə 1/8 final mərhələsindən azaddır. O, yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq. Samboçumuzun görüşü saat 11:00-da başlayacaq.

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm