Bakı 2015
Boks: Məcidov Dəmirəzənə qalib gəldi - CANLI YAYIM - YENİLƏNİR
91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə görüşdə qalib gəldi 3-0.
21:09
81 kq çəki dərəcəsində Teymur Məmmədov holland Peter Mullenberqlə üz-üzə gəldi. Təmsilçimiz 2-0 qalib gələrək növbəti mərhələyə yüksəldi.
19:53
52 kq çəki dərəcəsində Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenova 2-1 qalib gələrək 1/2 finala yüksəldi.
18:07
56 kq çəki dərəcəsində Tayfur Əliyev yarımfinala çıxmaq üçün danimarkalı Frederik Yansenlə görüşüb.
Birinci raundu tam üstünlüklə keçirən təmsilçimiz rəqibdən daha çox xal toplaya bilib. İkinci raundda da Tayfur rəqibindən güclü olub. Son raundu da eyni tempdə keçirən boksçumuz görüşü 2:1 hesabı ilə qalib başa vuraraq yarımfinala adlayıb.
14:17
Kişilər arasında 49 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Salman Əlizadə irlandiyalı Brendan İrvinlə qarşılaşır. İlk raundu təmsilçimiz üstün başa vurub. İkinci raundda isə irlandiyalı boksçu daha çox xal toplaya bilib. Həlledici raundda da üstün olan İrlandiya təmsilçisi görüşü qalib başa vuraraq yarımfinala vəsiqə qazanıb.
13:27
Bu gün Bakı 2015 Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinə start veriləcək. 7 çəkidə yarımfinalçılar bilinəcək.
Publika.az xəbər verir ki, bunun 5-də kişi, 2-də qadın boksçular mübarizə aparacaqlar. Azərbaycanın kişi boksçuları bu gün baş tutacaq bütün çəki dərəcələrində rinqə çıxacaq.
Boks, 22 iyun
Kişilər
49 kq
Avropa və dünya çempionumuz Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulacaq. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə gücünü yoxlayacaq. Əlizadə 1/8 finalda bolqarıstanlı Tinko Banabakov üzərində qələbə qazanan rəqibini saat 13:30-da rinqə dəvət edəcək.
52 kq
1/8 finalda irlandiyalı Keysi Maylsi məğlub edən Elvin Məmişzadə bu dəfə bolqarıstanlı Daniel Asenovla döyüşəcək. Gənclər arasında Avropa çempionlarının dueli saat 19:30-da start götürəcək.
56 kq
İlk qarşılaşmasında rumıniyalı Nikolae Andreiananı mübarizədən kənarlaşdıran Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayacaq. Əliyevin öncəki mərhələdə Koota Mattini (Finlandiya) məğlub edən Yansenlə görüşü saat 14:00-a təsadüf edəcək.
81 kq
Bu çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşacaq. Bura qədər iki idmançını - Joşua Buatsi (Böyük Britaniya) və Yordan Kulinskini (Polşa) üstələyən 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı rinqə 20:45-də çıxacaq.
+91 kq
Gürcüstanlı Mixail Baxtidzeyə qalib gələn yığma komandamızın lideri Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşacaq. 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya çempionatının ikiqat qalibinin döyüşü saat 21:00-da baş tutacaq.
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə17 İyun 14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO













.jpg)




.jpg)




















