Bakı 2015
“Azərbaycan idman sahəsində artıq hegemon dövlətlərdəndir”
Bu gün MOK-un binasında növbəti ənənəvi görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşə iyunun 21-də medal qazanmış idmançılar dəvət edilib. Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov da həmin görüşdə iştirak edib.
MOK rəsmiləri bədii gimnastikanın fərdi lent yarışında gümüş medal qazanan Marina Durunda və batut gimnastikasında kişilərin fərdi yarışında 3-cü olan İlya Qrişunini mükafatlandırıblar. Tədbirdə nazir müavini çıxış edib:
“İdmançılarımızın ilk gündən medallar qazanması dövlətimizin bu sahəyə olan qayğısının bəhrəsidir. Bu qayğının da əsası Heydər Əliyevin vaxtında qoyulub. İdmançılarımız ötən il müxtəlif ölkələrdə ümumilikdə 805 medal qazanıblar. Azərbaycan idman sahəsində artıq hegemon dövlətlərdəndir.
Avropa Oyunlarında da bu günə qədər artıq 35 medal əldə etmişik ki, bu da əlamətdar hadisədir. Gimnastika üzrə yarışlarda 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmağımız I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qayğısının nəticəsidir. İnanıram ki, digər idman növlərində də medallarımız olacaq. Samboçularımızdan 4-ü artıq finaldadır. Həmçinin 3-ü bürünc medal uğrunda mübarizə aparacaq. Boksçularımızdan da medallar gözləyirik. Bundan başqa, cüdo yarışları da hələ başlamayıb. Cüdoçularımızın da etimadı doğruldacaqlarına əminəm. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində təşkil edilən bir turnirdir".
Sonda mükafatçılar xüsusi şərəf lövhəsinə imza atıblar.
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...




































.jpg)


