Bakı 2015
Tayfur Əliyev: "Yalnız çempionluq üçün döyüşəcəm"
Azərbaycanı 56 kq çəki dərəcəsində təmsil edən boksçu Tayfur Əliyev danimarkalı rəqibi üzərində qazandığı qələbədən sonra təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, birinci döyüşündə çox səhv etdiyini deyən təmsilçimiz bu dəfə daha yaxşı vuruşduğunu bildirdi:
"Birinci görüşdən sonra demişdim ki, çıxışımdan razı qalmadım. Həmin döyüşün videoyazısına çox baxdım və etdiyim səhvlər üzərində 2 gün də olsa, işləməyə başladım. Bunun nəticəsidir ki, bu gün qalib gəlib yarımfinala çıxdım".
Artıq ən azı bürünc mükafatı təmin edən gənc idmançı yalnız qızıl medal üçün mübarizə apardığını deyib: "Bu gün də bəzi səhvlərim oldu. Çalışacam ki, yarımfinalda bu səhvləri təkrar etməyim. Yarımfinalda rəqibimin kim olmasından asılı olmayaraq qələbə qazanacağıma inanıram. Avropa Oyunlarında yalnız çempionluq üçün döyüşəcəm".
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?




































.jpg)
.jpg)
