Bakı 2015
Badminton: Növbəti mərhələ bizlik deyil - YENİLƏNİR
Badmintonda cütlüklərin qarşılaşmasında K.Rzayev və Orxan Qələndərov çıxış edib. Onlarin rəqibi rusiyalı İvan Sazonov və Vladimir İvanov cütü olub. 2 oyundan 0 xal toplayaraq qrupda sonuncu yerdə qərarlaşan duetimiz növbəti görüşdə də məğlub olublar. 3 setlik görüşün ilk ikisini məğlub olan badmintonçularımız mübarizəni dayandırıblar - (21:7, 21:8).
11:52
Azərbaycan badmintonçuları İlk Avropa Oyunlarında növbəti mərhələyə yüksələ bilməyib. Fərdi yarışda qrup mərhələsindəki 3-cü tur qarşılaşmasında Kənan Rzayev italiyalı Rosario Maddaloniyə yenilib - 6:21, 15:21.
Bununla da çıxış etdiyi B qrupunda 1 xalla 3-cü yeri tutan K.Rzayev ilk 2 pillədən kənarda qalıb. Nəticədə o, 1/8 finala yüksələ bilməyib.
Daha öncə qoşa mübarizədə Kənan Rzayev - Orxan Qələndərov dueti qrup mərhələsindəki ilk 2 görüşündən məğlubiyyətlə ayrılaraq, 1/4 finala yüksələ bilməyib. 2 turdan sonra xalsız olan azərbaycanlı cütlüyün bu gün rusiyalı İvan Sazonov - Vladimir İvanov dueti ilə görüşü təsəlli xarakteri daşıyacaq.
10:12
Bu gün Bakı 2015 I Avropa Oyunlarında badminton üzrə 3-cü yarış günü start götürüb.
Publika.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycanı Kənan Rzayev, cütlüklərin qarşılaşmasında isə K.Rzayev və Orxan Qələndərov təmsil edəcək.
Fərdi yarışda Azərbaycan idmançısının rəqibi italiyalı Rosario Maddaloni, cütlüklərin yarışında isə rusiyalı İvan Sazonov və Vladimir İvanov olacaq.
İlk iki görüşdən sonra fərdi yarışda Kənan Rzayev 2 qarşılaşmadan birində qələbə qazanmaqla qrup 3-cüsü, cütlükdə çıxış edən K.Rzayev və O.Qələndərov isə 2 oyundan 0 xal toplayaraq qrupda sonuncu yerdədir.
Qeyd edək ki, badminton yarışına iyunun 26-da yekun vurulacaq və qaliblərə 2 dəst medal təqdim ediləcək.
Artıq idmançımızın fərdi yarışı başa çatıb.
Təklər
B qrupu
III tur
Kamran Rzayev (Azərbaycan) - Rosario Maddaloni (İtaliya) – 0:2 (6:21, 15:21)
10:20. Mişa Zilberman (İsrail) - Samuel Kali (Malta)
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun














.jpg)






















.png)