Bakı 2015
Kleq: "Bütün biletlər satılıb"
Bu gün “Hilton” oteldə Bakı 2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin növbəti ənənəvi mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, komitənin baş direktoru Saymon Kleq əvvəlcə dünənki yarışların yekunları barədə məlumat verib:
“Oyunların 12-ci günündə 7 yarış keçirildi. Çimərlik futbolu başladı. Möhtəşəm oyunlar oldu. Dünən mən də çimərlik futboluna getmişdim. Rəsmilər dedilər ki, hətta dünya çempionatları belə məkanlarda keçirilmir. Bu da onların məmnun olmalarından xəbər verir. 7 məkanda 18 min 700-dən çox tamaşaçımız olub. Orta göstərici 81 faizdir”.
Baş direktorun sözlərinə görə, dünəndən bu günə qədər 3300 idmançı və nümayəndə idmançılar kəndində yaşamaqdadır:
“Bu da rekord səviyyədən ikiqat azdır. Könüllülərin və məşəl qoruyucuların rolunu qeyd etmək istəyirəm. Bütün rəsmilər onlara minnətdardır. Bu Oyunların uğurlu keçməsində onların rolu böyükdür. Nəqliyyat sistemi 90 faizə qədər idmançıları vaxtlı-vaxtında məkanlara çatdırır. Bu gün medal sayı çox olacaq. Dünən atletika üzrə ilk gün idi. Mən də gedib izlədim. 3 idmançı gözəl nəticə göstərmişdi. Bu da yarışların yüksək səviyyədə keçdiyini göstərir. Bugünkü bütün idman yarışlarına biletlərin hamısı satılıb. Cüdo yarışları bu gün başlayacaq. Düşünürəm ki, Heydər Əliyev Arenasında gözəl görüşlər olacaq. Həmçinin, Azərbaycanla Türkiyə voleybol komandalarının oyununun da gözəl keçəcəyini güman edirəm. Sabah Azərbaycanda bayramdır. Buna görə də, 29 minə yaxın tamaşaçının gəlməsini gözləyirik”.
Kleq qeyd edib ki, bağlanış mərasimi üçün yeni oturacaqlar quraşdırılmayacaq:
“Bağlanış mərasimi üçün bütün yerlər satılıb. Yəni elə bir yer yoxdur ki, onun üçün bilet satışa çıxarasan. Kənarda qalmamaq üçün Bulvardakı böyük ekrandan bağlanışı izləyə bilərlər”.
Baş direktor Media Kəndində və yarışlar keçirilən məkanlarda müxtəlif içkilərin oğurlanması məsələsinə də münasibət bildirib:
“Biz bundan xəbərdarıq. Hazırda bu məsələ araşdırılır. Qida və içkilər jurnalist və idmançılar üçün ayrılıb. Bu haqda geniş məlumat verə bilməyəcəm”.
O bildirib ki, Avropanın bütün ölkələrinin bu Oyunlarda təmsil olunması bu yarışların uğurundan xəbər verir:
“Şadam ki, Avropa Olimpiya Komitələrinin hər bir üzvü bu yarışda iştirak edib. Bu da idmanın birləşdirici gücünü bir daha nümayiş etdirir. 50 ölkədən 40-ı artıq medal qazanıb”.
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar



































.jpg)


