Bakı 2015
BEGOC: I Avropa Oyunlarına biletlərini yüksək qiymətə satan 7000 manat cərimələnəcək
Bakı-2015 ictimaiyyəti ilk Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır. Yarışın son günlərinə və ən çox bilet satışı proqnozlaşdırılmış bağlanış mərasiminin biletlərinə tələbat əhəmiyyətli dərəcədə artıb.
BEGOC-dan Publika.az-a verilən xəbərə görə, hər
hansı bileti nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan
qanunvericiliyinə ziddir.
Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul
olmanın qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları ilə sıx
əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən
şəxsin Bakı -2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti
yüksək qiymətə satması faktından asılı olaraq, həmin şəxs polis
tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata
qədər cəriməyə məruz qalacaq.
Bakı-2015 azarkeşlərin Avropa Oyunlarına biletləri Bakı 2015-in veb səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassalarından əldə etməsini təmin etmək istəyir.
Bilet satışı kassalarının ünvanlarından tutmuş məkanlara necə getmək haqqında məlumatlara qədər Avropa Oyunlarına dair hər hansı məlumatı +994 (0) 77 2015 000 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb səhifəsindən əldə etmək mümkündür.
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü


















.webp)





.png)














.jpg)